نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3777 | 36 | 72 | وذللناها لهم فمنها ركوبهم ومنها يأكلون |
| | | Yaratdıqlarımızı öz istifadələrinə verdik ki, bəzilərindən minik kimi yararlansınlar və bəzilərini də yesinlər. |
|
3778 | 36 | 73 | ولهم فيها منافع ومشارب أفلا يشكرون |
| | | Bunlarda onlar üçün başqa mənfəətlər və içiləcək süd də vardır. Yenə də şükür etməyəcəklərmi? |
|
3779 | 36 | 74 | واتخذوا من دون الله آلهة لعلهم ينصرون |
| | | Bir çarə tapmaları üçün müşriklər Allahdan başqa məbudlar qəbul etdilər. |
|
3780 | 36 | 75 | لا يستطيعون نصرهم وهم لهم جند محضرون |
| | | Amma məbudlar onlara heç bir kömək edə bilməzlər. Hərçənd ki, onlar bunlar üçün hazır durmuş əsgərlərdir. |
|
3781 | 36 | 76 | فلا يحزنك قولهم إنا نعلم ما يسرون وما يعلنون |
| | | Onların sözü səni kədərləndirməsin. Şübhəsiz ki, Biz onların nəyi gizli saxladıqlarını və nəyi aşkar etdiklərini bilirik. |
|
3782 | 36 | 77 | أولم ير الإنسان أنا خلقناه من نطفة فإذا هو خصيم مبين |
| | | Məgər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o indi açıq-aşkar mübahisə edir. |
|
3783 | 36 | 78 | وضرب لنا مثلا ونسي خلقه قال من يحيي العظام وهي رميم |
| | | O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?” |
|
3784 | 36 | 79 | قل يحييها الذي أنشأها أول مرة وهو بكل خلق عليم |
| | | De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir. |
|
3785 | 36 | 80 | الذي جعل لكم من الشجر الأخضر نارا فإذا أنتم منه توقدون |
| | | O sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız”. |
|
3786 | 36 | 81 | أوليس الذي خلق السماوات والأرض بقادر على أن يخلق مثلهم بلى وهو الخلاق العليم |
| | | Göyləri və yeri yaradan onların eynisini yenidən xəlq etmək qüdrətinə malik olmazmı?! Şübhəsiz ki, O, Yaradandır, Biləndir. |
|