نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3772 | 36 | 67 | ولو نشاء لمسخناهم على مكانتهم فما استطاعوا مضيا ولا يرجعون |
| | | Əgər istəsəydik, onları lap yerlərindəcə elə bir kökə (elə bir şəklə) salardıq ki, nə irəli, nə də geri gedə bilərdilər. (Kafirləri topal edər, meymuna, donuza, daşa döndərərdik. Və ya onları evlərinin içində həlak edərdik, heç tərpənə də bilməzdilər). |
|
3773 | 36 | 68 | ومن نعمره ننكسه في الخلق أفلا يعقلون |
| | | Hər kəsə uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik, başqa şəklə salarıq (qüvvəsini alar, gözünün nurunu aparar, hafizəsini zəiflədib bildiklərini unutdurar, özünü də uşaq kimi edərik). Məgər (kafirlər bütün bunları gördükdən sonra Allahın hər şeyə qadir olduğunu) dərk etməzlərmi? |
|
3774 | 36 | 69 | وما علمناه الشعر وما ينبغي له إن هو إلا ذكر وقرآن مبين |
| | | Biz ona (Muhəmməd əleyhissəlama) şe’r öyrətmədik və bu ona heç yaraşmaz da (lazım da deyildir). Ona vəhy olunan ancaq öyüd-nəsihət və (haqla batili ayırd edən) açıq-aşkar Qur’andır ki, |
|
3775 | 36 | 70 | لينذر من كان حيا ويحق القول على الكافرين |
| | | Onunla diri olanları (ağıl və bəsirət sahiblərini) qorxutsun və o deyilən söz (əzəldən buyurduğumuz əzab hökmü) kafirlər barəsində gerçək olsun. |
|
3776 | 36 | 71 | أولم يروا أنا خلقنا لهم مما عملت أيدينا أنعاما فهم لها مالكون |
| | | Məgər (Məkkə müşrikləri) Bizim Öz əllərimizlə (Öz qüdrətimizlə) onlar üçün davarlar yaratdığımızı və özlərinin də onlara sahib olduqlarını görmürlərmi?! |
|
3777 | 36 | 72 | وذللناها لهم فمنها ركوبهم ومنها يأكلون |
| | | Bunları (bu davarları) onların ixtiyarına verdik. Onlardan mindikləri də var, ətini yedikləri də. |
|
3778 | 36 | 73 | ولهم فيها منافع ومشارب أفلا يشكرون |
| | | Onların (o heyvanlarda başqa-başqa) mənfəətləri və içəcəkləri (südləri) də var. Hələ də şükür etməzlərmi? |
|
3779 | 36 | 74 | واتخذوا من دون الله آلهة لعلهم ينصرون |
| | | (Müşriklər) bəlkə, özlərinə bir yardım oluna deyə, Allahdan başqa tanrılar (bütlər) qəbul etdilər. |
|
3780 | 36 | 75 | لا يستطيعون نصرهم وهم لهم جند محضرون |
| | | (O bütlər) onlara heç bir kömək edə bilməzlər. Onlar özləri isə bütlər üçün (onları başqalarından qoruyan) hazır əsgərlərdir. |
|
3781 | 36 | 76 | فلا يحزنك قولهم إنا نعلم ما يسرون وما يعلنون |
| | | (Ya Rəsulum!) Onların (sən peyğəmbər deyilsən, şairsən) sözü səni kədərləndirməsin. Biz onların gizlində də, aşkarda da nə etdiklərini bilirik. |
|