نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3764 | 36 | 59 | وامتازوا اليوم أيها المجرمون |
| | | (Kafirlər Cəhənnəmə varid edilərək onlara belə deyiləcək:) “Ey günahkarlar! Bu gün (mö’minlərdən) ayrılın!” |
|
3765 | 36 | 60 | ألم أعهد إليكم يا بني آدم أن لا تعبدوا الشيطان إنه لكم عدو مبين |
| | | Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir, |
|
3766 | 36 | 61 | وأن اعبدوني هذا صراط مستقيم |
| | | Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?! |
|
3767 | 36 | 62 | ولقد أضل منكم جبلا كثيرا أفلم تكونوا تعقلون |
| | | Həqiqətən, (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi? |
|
3768 | 36 | 63 | هذه جهنم التي كنتم توعدون |
| | | Bu sizə və’d olunan Cəhənnəmdir! |
|
3769 | 36 | 64 | اصلوها اليوم بما كنتم تكفرون |
| | | Kafir olduğunuza görə bu gün girin ora, yanın! |
|
3770 | 36 | 65 | اليوم نختم على أفواههم وتكلمنا أيديهم وتشهد أرجلهم بما كانوا يكسبون |
| | | Bu gün (Allaha and olsun ki, biz müşrik, kafir deyildik – dediklərinə görə) onların ağızlarını möhürləyirik. Etdikləri əməllər (qazandıqları günahlar) barəsində onların əlləri Bizimlə danışar, ayaqları isə şəhadət verər. |
|
3771 | 36 | 66 | ولو نشاء لطمسنا على أعينهم فاستبقوا الصراط فأنى يبصرون |
| | | Əgər istəsəydik, (dünyada) gözlərini büsbütün kor edərdik (onları zahiri gözdən də məhrum edərdik) və onda onlar (adət etdikləri) yolda bir-birini ötməyə çalışardılar (və ya doğru yolu tapmaq üçün bir-biri ilə ötüşərdilər, ora-bura vurnuxardılar). Amma (belə bir vəziyyətdə yolu) necə görə bilərdilər? (Lakin Biz onları dünyada belə bir korluğa mübtəla etmədik. Onlar Allahın qüdrət əlamətlərini görür, bununla belə öz pis yollarını tutub gedirdilər. Beləliklə, onlar iman gətirmədilər ki, gətirmədilər). |
|
3772 | 36 | 67 | ولو نشاء لمسخناهم على مكانتهم فما استطاعوا مضيا ولا يرجعون |
| | | Əgər istəsəydik, onları lap yerlərindəcə elə bir kökə (elə bir şəklə) salardıq ki, nə irəli, nə də geri gedə bilərdilər. (Kafirləri topal edər, meymuna, donuza, daşa döndərərdik. Və ya onları evlərinin içində həlak edərdik, heç tərpənə də bilməzdilər). |
|
3773 | 36 | 68 | ومن نعمره ننكسه في الخلق أفلا يعقلون |
| | | Hər kəsə uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik, başqa şəklə salarıq (qüvvəsini alar, gözünün nurunu aparar, hafizəsini zəiflədib bildiklərini unutdurar, özünü də uşaq kimi edərik). Məgər (kafirlər bütün bunları gördükdən sonra Allahın hər şeyə qadir olduğunu) dərk etməzlərmi? |
|