نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3755 | 36 | 50 | فلا يستطيعون توصية ولا إلى أهلهم يرجعون |
| | | Onlar nə bir vəsiyyət etməyə qadir olacaq, nə də ailələrinin yanına qayıda biləcəklər. |
|
3756 | 36 | 51 | ونفخ في الصور فإذا هم من الأجداث إلى ربهم ينسلون |
| | | Sur ikinci dəfə üfürülən kimi onlar dərhal qəbirlərdən çıxıb Rəbbinə tərəf axışacaqlar. |
|
3757 | 36 | 52 | قالوا يا ويلنا من بعثنا من مرقدنا هذا ما وعد الرحمن وصدق المرسلون |
| | | Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, Mərhəmətli Allahın vəd etdiyi qiyamətdir. Elçilər doğru deyirlərmiş”. |
|
3758 | 36 | 53 | إن كانت إلا صيحة واحدة فإذا هم جميع لدينا محضرون |
| | | Bircə dəhşətli səs qopan kimi onların hamısı hüzurumuza gətiriləcəklər. |
|
3759 | 36 | 54 | فاليوم لا تظلم نفس شيئا ولا تجزون إلا ما كنتم تعملون |
| | | Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Sizə ancaq etdiyiniz əməllərin əvəzi veriləcəkdir. |
|
3760 | 36 | 55 | إن أصحاب الجنة اليوم في شغل فاكهون |
| | | Həqiqətən də Cənnət əhli həmin gün nemətlər işində kef çəkəcək. |
|
3761 | 36 | 56 | هم وأزواجهم في ظلال على الأرائك متكئون |
| | | Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər. |
|
3762 | 36 | 57 | لهم فيها فاكهة ولهم ما يدعون |
| | | Orada onlar üçün meyvələr və istədikləri hər şey vardır. |
|
3763 | 36 | 58 | سلام قولا من رب رحيم |
| | | Üstəlik Rəhmli Rəbb onlara: “Salam” deyəcək. |
|
3764 | 36 | 59 | وامتازوا اليوم أيها المجرمون |
| | | “Bu gün möminlərdən ayrılın, ey günahkarlar! |
|