نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3749 | 36 | 44 | إلا رحمة منا ومتاعا إلى حين |
| | | Yalnız Bizdən bir mərhəmət olaraq və bir qədər (əcəlləri çatanadək) dolanıb keçinmələri üçün (onları xilas edərik). |
|
3750 | 36 | 45 | وإذا قيل لهم اتقوا ما بين أيديكم وما خلفكم لعلكم ترحمون |
| | | Onlara (müşriklərə): “Önünüzdə və arxanızda olandan (dünya və axirət əzabından) qorxun ki, bəlkə, rəhm olunasınız!” – deyildikdə (dönüb gedər, öyüd-nəsihətə qulaq asmazlar). |
|
3751 | 36 | 46 | وما تأتيهم من آية من آيات ربهم إلا كانوا عنها معرضين |
| | | Onlara Rəbbinin ayələrindən elə birisi gəlməz ki, ondan üz çevirməsinlər! |
|
3752 | 36 | 47 | وإذا قيل لهم أنفقوا مما رزقكم الله قال الذين كفروا للذين آمنوا أنطعم من لو يشاء الله أطعمه إن أنتم إلا في ضلال مبين |
| | | Onlara: “Allahın sizə verdiyi ruzidən (ehtiyacı olanlara) sərf edin!” – deyildiyi zaman, kafirlər mö’minlərə: “Allahın istədiyi təqdirdə özü yedirə biləcəyi kimsəni bizmi yedirdəcəyik?!” – deyərlər. Siz (bu e’tiqadınızla) sadəcə olaraq (haqq yoldan) açıq-aşkar azmısınız. |
|
3753 | 36 | 48 | ويقولون متى هذا الوعد إن كنتم صادقين |
| | | Onlar: “Əgər doğru söyləyirsinizsə, (bir xəbər verin görək) bu və’d (qiyamət günü) nə vaxt yerinə yetəcək?” – deyərlər. |
|
3754 | 36 | 49 | ما ينظرون إلا صيحة واحدة تأخذهم وهم يخصمون |
| | | Onlar (küçədə, bazarda) bir-biri ilə çənə-boğaz olarkən özlərini saracaq yalnız bir dəhşətli (tükürpədici) səsə (İsrafilin surunun birinci dəfə çalınmasına) bənddirlər. |
|
3755 | 36 | 50 | فلا يستطيعون توصية ولا إلى أهلهم يرجعون |
| | | Artıq nə bir vəsiyyət etməyə iqtidarları olar, nə də ailələrinin yanına qayıda bilərlər! |
|
3756 | 36 | 51 | ونفخ في الصور فإذا هم من الأجداث إلى ربهم ينسلون |
| | | Sur (ikinci dəfə) çalınan kimi (qiyamət günü) qəbirlərindən qalxıb sür’ətlə Rəbbinin hüzuruna axışacaqlar. |
|
3757 | 36 | 52 | قالوا يا ويلنا من بعثنا من مرقدنا هذا ما وعد الرحمن وصدق المرسلون |
| | | Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən (qəbir evindən) kim qaldırdı? (Onlara belə deyiləcək:) “Bu, Rəhmanın məxluqata buyurduğu və’ddir (qiyamət günüdür). Peyğəmbərlər doğru deyirlərmiş!” |
|
3758 | 36 | 53 | إن كانت إلا صيحة واحدة فإذا هم جميع لدينا محضرون |
| | | Yalnız bir dəhşətli səs qopan (İsrafilin axırıncı dəfə surunu çalan) kimi onlar hamısı (haqq-hesab üçün) qarşımızda hazır duracaqlar. |
|