نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3728 | 36 | 23 | أأتخذ من دونه آلهة إن يردن الرحمن بضر لا تغن عني شفاعتهم شيئا ولا ينقذون |
| | | Mən heç Ondan qeyri tanrılarmı qəbul edərəm?! Əgər Rəhman mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni (Allahın əzabından) xilas edə bilməzlər. |
|
3729 | 36 | 24 | إني إذا لفي ضلال مبين |
| | | Belə olacağı təqdirdə mən (haqq yoldan) açıq-aşkar azmış olaram. |
|
3730 | 36 | 25 | إني آمنت بربكم فاسمعون |
| | | (Ey Antakiya əhli, yaxud siz ey elçilər!) Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim. Məni eşitdin! (İman gətirməyimə şahid olun!)” |
|
3731 | 36 | 26 | قيل ادخل الجنة قال يا ليت قومي يعلمون |
| | | (Antakiyalılar bu sözü eşidən kimi Həbib Həccarı daşqalaq edib öldürdülər). Ona (şəhid olduğu üçün Allah dərgahından): “Cənnətə daxil ol! – deyildi. (Həbib Həccar Cənnətə daxil olub oradakı ne’mətləri, hörmət-izzəti gördükdən sonra) dedi: “Kaş qövmüm biləydi ki, |
|
3732 | 36 | 27 | بما غفر لي ربي وجعلني من المكرمين |
| | | Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən etdi!” |
|
3733 | 36 | 28 | وما أنزلنا على قومه من بعده من جند من السماء وما كنا منزلين |
| | | Ondan (Həbib Həccardan) sonra tayfasının üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik. |
|
3734 | 36 | 29 | إن كانت إلا صيحة واحدة فإذا هم خامدون |
| | | (Onların cəzası) ancaq dəhşətli (tükürpədici) bir səs (Cəbrailin qışqırtısı) oldu. Dərhal məhv olub (şam kimi sönüb) getdilər. |
|
3735 | 36 | 30 | يا حسرة على العباد ما يأتيهم من رسول إلا كانوا به يستهزئون |
| | | Vay bu bəndələrin halına! Onlara elə bir peyğəmbər gəlməz ki, ona istehza etməsinlər! (Buna görə də əzaba düçar olarlar). |
|
3736 | 36 | 31 | ألم يروا كم أهلكنا قبلهم من القرون أنهم إليهم لا يرجعون |
| | | Məgər onlar (Məkkə müşrikləri) özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi və həmin nəsillərin bir daha onların yanına qayıtmadığını görmürlərmi? |
|
3737 | 36 | 32 | وإن كل لما جميع لدينا محضرون |
| | | Hamı, (bəlli) hamı (qiyamət günü) Bizim hüzurumuza gətiriləcəkdir! |
|