نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3726 | 36 | 21 | اتبعوا من لا يسألكم أجرا وهم مهتدون |
| | | Sizdən heç bir mükafat istəməyən, özləri də doğru yolda olan şəxslərin ardınca gedin! |
|
3727 | 36 | 22 | وما لي لا أعبد الذي فطرني وإليه ترجعون |
| | | Mənə nə olub ki, məni yaradana və hüzuruna qaytarılacağınız Allaha ibadət etməyim? |
|
3728 | 36 | 23 | أأتخذ من دونه آلهة إن يردن الرحمن بضر لا تغن عني شفاعتهم شيئا ولا ينقذون |
| | | Mən heç Ondan başqa məbudlar qəbul edərəmmi? Əgər Mərhəmətli Allah mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər. |
|
3729 | 36 | 24 | إني إذا لفي ضلال مبين |
| | | Bax onda mən açıq-aydın azğınlığa düşmüş olaram. |
|
3730 | 36 | 25 | إني آمنت بربكم فاسمعون |
| | | Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim. Mənə qulaq asın!” |
|
3731 | 36 | 26 | قيل ادخل الجنة قال يا ليت قومي يعلمون |
| | | Şəhərin sakinləri bu kişini öldürdükdən sonra ona: “Cənnətə daxil ol!”– deyildi. O dedi: “Kaş xalqım biləydi ki, |
|
3732 | 36 | 27 | بما غفر لي ربي وجعلني من المكرمين |
| | | Rəbbim məni bağışladı və məni hörmətli adamlardan etdi”. |
|
3733 | 36 | 28 | وما أنزلنا على قومه من بعده من جند من السماء وما كنا منزلين |
| | | Biz ondan sonra xalqının üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik. |
|
3734 | 36 | 29 | إن كانت إلا صيحة واحدة فإذا هم خامدون |
| | | Onları məhv edən ancaq dəhşətli bir səs oldu. Onlar birdən sönüb getdilər. |
|
3735 | 36 | 30 | يا حسرة على العباد ما يأتيهم من رسول إلا كانوا به يستهزئون |
| | | Vay bu qulların halına! Onlara elə bir elçi gəlməyib ki, ona istehza etməsinlər. |
|