نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3724 | 36 | 19 | قالوا طائركم معكم أئن ذكرتم بل أنتم قوم مسرفون |
| | | (Elçilər) dedilər: “Sizin nəhsliyiniz (uğursuzluğunuz) öz ucbatınızdandır (öz küfrünüz üzündəndir). Məgər sizə öyüd-nəsihət verildikdə (onu uğursuzluğa, nəhsliyəmi yozursunuz)! Xeyr, siz (günah etməkdə) həddi aşan bir camaatsınız!” |
|
3725 | 36 | 20 | وجاء من أقصى المدينة رجل يسعى قال يا قوم اتبعوا المرسلين |
| | | Şəhərin (Antakiyanın) ən ucqar tərəfindən (abid) bir kişi (Həbib Həccar) çaparaq gəlib dedi: “Ey qövmüm! Elçilərə tabe olun! |
|
3726 | 36 | 21 | اتبعوا من لا يسألكم أجرا وهم مهتدون |
| | | Sizdən (haqqa də’vət müqabilində) heç bir muzd (mükafat) istəməyən və özləri də doğru yolda olan kəslərin ardınca gedin! |
|
3727 | 36 | 22 | وما لي لا أعبد الذي فطرني وإليه ترجعون |
| | | (Antakiyalılar Həbib Həccardan: – Sən bu elçilərə tabe olmusanmı? – deyə soruşduqda o dedi:) “Axı mən niyə məni yaradana ibadət etməməliyəm?! Siz də (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız! |
|
3728 | 36 | 23 | أأتخذ من دونه آلهة إن يردن الرحمن بضر لا تغن عني شفاعتهم شيئا ولا ينقذون |
| | | Mən heç Ondan qeyri tanrılarmı qəbul edərəm?! Əgər Rəhman mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni (Allahın əzabından) xilas edə bilməzlər. |
|
3729 | 36 | 24 | إني إذا لفي ضلال مبين |
| | | Belə olacağı təqdirdə mən (haqq yoldan) açıq-aşkar azmış olaram. |
|
3730 | 36 | 25 | إني آمنت بربكم فاسمعون |
| | | (Ey Antakiya əhli, yaxud siz ey elçilər!) Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim. Məni eşitdin! (İman gətirməyimə şahid olun!)” |
|
3731 | 36 | 26 | قيل ادخل الجنة قال يا ليت قومي يعلمون |
| | | (Antakiyalılar bu sözü eşidən kimi Həbib Həccarı daşqalaq edib öldürdülər). Ona (şəhid olduğu üçün Allah dərgahından): “Cənnətə daxil ol! – deyildi. (Həbib Həccar Cənnətə daxil olub oradakı ne’mətləri, hörmət-izzəti gördükdən sonra) dedi: “Kaş qövmüm biləydi ki, |
|
3732 | 36 | 27 | بما غفر لي ربي وجعلني من المكرمين |
| | | Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən etdi!” |
|
3733 | 36 | 28 | وما أنزلنا على قومه من بعده من جند من السماء وما كنا منزلين |
| | | Ondan (Həbib Həccardan) sonra tayfasının üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik. |
|