نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3722 | 36 | 17 | وما علينا إلا البلاغ المبين |
| | | Bizim vəzifəmiz yalnız (Allahın hökmlərini, peyğəmbərliyi) açıq-aşkar təbliğ etməkdir!” |
|
3723 | 36 | 18 | قالوا إنا تطيرنا بكم لئن لم تنتهوا لنرجمنكم وليمسنكم منا عذاب أليم |
| | | (Antakiyalılar) dedilər: “Biz sizdə bir nəhslik gördük. (Sizin ucbatınızdan bizi bədbəxtlik basdı, bizə uğursuzluq üz verdi. Gəlişinizlə aramıza nifaq düşdü, yurdumuzun bərəkəti çəkildi, yağışımız kəsildi). Həqiqətən, əgər (Allahın elçiləri olmaq iddianızdan) əl çəkməsəniz, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq bir şiddətli əzab toxunacaqdır”. |
|
3724 | 36 | 19 | قالوا طائركم معكم أئن ذكرتم بل أنتم قوم مسرفون |
| | | (Elçilər) dedilər: “Sizin nəhsliyiniz (uğursuzluğunuz) öz ucbatınızdandır (öz küfrünüz üzündəndir). Məgər sizə öyüd-nəsihət verildikdə (onu uğursuzluğa, nəhsliyəmi yozursunuz)! Xeyr, siz (günah etməkdə) həddi aşan bir camaatsınız!” |
|
3725 | 36 | 20 | وجاء من أقصى المدينة رجل يسعى قال يا قوم اتبعوا المرسلين |
| | | Şəhərin (Antakiyanın) ən ucqar tərəfindən (abid) bir kişi (Həbib Həccar) çaparaq gəlib dedi: “Ey qövmüm! Elçilərə tabe olun! |
|
3726 | 36 | 21 | اتبعوا من لا يسألكم أجرا وهم مهتدون |
| | | Sizdən (haqqa də’vət müqabilində) heç bir muzd (mükafat) istəməyən və özləri də doğru yolda olan kəslərin ardınca gedin! |
|
3727 | 36 | 22 | وما لي لا أعبد الذي فطرني وإليه ترجعون |
| | | (Antakiyalılar Həbib Həccardan: – Sən bu elçilərə tabe olmusanmı? – deyə soruşduqda o dedi:) “Axı mən niyə məni yaradana ibadət etməməliyəm?! Siz də (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız! |
|
3728 | 36 | 23 | أأتخذ من دونه آلهة إن يردن الرحمن بضر لا تغن عني شفاعتهم شيئا ولا ينقذون |
| | | Mən heç Ondan qeyri tanrılarmı qəbul edərəm?! Əgər Rəhman mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni (Allahın əzabından) xilas edə bilməzlər. |
|
3729 | 36 | 24 | إني إذا لفي ضلال مبين |
| | | Belə olacağı təqdirdə mən (haqq yoldan) açıq-aşkar azmış olaram. |
|
3730 | 36 | 25 | إني آمنت بربكم فاسمعون |
| | | (Ey Antakiya əhli, yaxud siz ey elçilər!) Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim. Məni eşitdin! (İman gətirməyimə şahid olun!)” |
|
3731 | 36 | 26 | قيل ادخل الجنة قال يا ليت قومي يعلمون |
| | | (Antakiyalılar bu sözü eşidən kimi Həbib Həccarı daşqalaq edib öldürdülər). Ona (şəhid olduğu üçün Allah dərgahından): “Cənnətə daxil ol! – deyildi. (Həbib Həccar Cənnətə daxil olub oradakı ne’mətləri, hörmət-izzəti gördükdən sonra) dedi: “Kaş qövmüm biləydi ki, |
|