نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3710 | 36 | 5 | تنزيل العزيز الرحيم |
| | | Bu Quran Qüdrətli və Rəhmli Allah tərəfindən nazil edilmişdir ki, |
|
3711 | 36 | 6 | لتنذر قوما ما أنذر آباؤهم فهم غافلون |
| | | ataları xəbərdar edilməmiş, özləri də qafil olan bir tayfanı xəbərdar edəsən. |
|
3712 | 36 | 7 | لقد حق القول على أكثرهم فهم لا يؤمنون |
| | | Onların əksəriyyəti barəsindəki söz gerçəkləşdi. Çünki onlar iman gətirmədilər. |
|
3713 | 36 | 8 | إنا جعلنا في أعناقهم أغلالا فهي إلى الأذقان فهم مقمحون |
| | | Həqiqətən, Biz onların boyunlarına, çənələrinə dirənmiş zəncirlər keçirtmişik. Odur ki, başları təkəbbürlə yuxarı qalxmışdır. |
|
3714 | 36 | 9 | وجعلنا من بين أيديهم سدا ومن خلفهم سدا فأغشيناهم فهم لا يبصرون |
| | | Biz onların önlərindən bir sədd, arxalarından da başqa bir sədd çəkdik və gözlərinə pərdə saldıq. Buna görə də onlar haqqı görmürlər. |
|
3715 | 36 | 10 | وسواء عليهم أأنذرتهم أم لم تنذرهم لا يؤمنون |
| | | Sən onları qorxutsan da, qorxutmasan da, onlar üçün eynidir, iman gətirməyəcəklər. |
|
3716 | 36 | 11 | إنما تنذر من اتبع الذكر وخشي الرحمن بالغيب فبشره بمغفرة وأجر كريم |
| | | Sən ancaq Zikrə tabe olub Mərhəmətli Allahı görmədən Ondan çəkinən şəxsi qorxuda bilərsən. Beləsini bağışlanma və çox gözəl bir mükafatla müjdələ. |
|
3717 | 36 | 12 | إنا نحن نحيي الموتى ونكتب ما قدموا وآثارهم وكل شيء أحصيناه في إمام مبين |
| | | Həqiqətən, ölüləri dirildən, onların bu dünyada törətdiklərini və tərk etdiklərini yazan Bizik. Biz hər şeyi açıq-aydın Yazıda (Lövhi-məhfuzda) qeydə almışıq. |
|
3718 | 36 | 13 | واضرب لهم مثلا أصحاب القرية إذ جاءها المرسلون |
| | | Sən onlara o zaman elçilər gəlmiş şəhər sakinlərini misal çək. |
|
3719 | 36 | 14 | إذ أرسلنا إليهم اثنين فكذبوهما فعززنا بثالث فقالوا إنا إليكم مرسلون |
| | | O zaman onlara iki nəfər elçi göndərdik, amma onlar ikisini də yalançı saydılar. Biz də elçilərimizi üçüncüsü ilə qüvvətləndirdik. Elçilər: “Həqiqətən, biz sizə göndərilmiş elçilərik”– dedilər. |
|