نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3675 | 35 | 15 | يا أيها الناس أنتم الفقراء إلى الله والله هو الغني الحميد |
| | | Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə Zəngindir, Tərifəlayiqdir. |
|
3676 | 35 | 16 | إن يشأ يذهبكم ويأت بخلق جديد |
| | | Əgər istəsə, sizi yox edib yerinizə yeni bir məxluq gətirər. |
|
3677 | 35 | 17 | وما ذلك على الله بعزيز |
| | | Bu, Allah üçün çətin deyildir. |
|
3678 | 35 | 18 | ولا تزر وازرة وزر أخرى وإن تدع مثقلة إلى حملها لا يحمل منه شيء ولو كان ذا قربى إنما تنذر الذين يخشون ربهم بالغيب وأقاموا الصلاة ومن تزكى فإنما يتزكى لنفسه وإلى الله المصير |
| | | Heç bir günahkar başqasının günah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün başqasını köməyə çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə, o yükdən heç nə daşınmaz. Sən ancaq Rəbbindən Onu görmədikləri halda qorxanları və namaz qılanları xəbərdar edirsən. Kim günahlardan təmizlənirsə, öz xeyrinə təmizlənmiş olur. Qayıdış də ancaq Allahadır. |
|
3679 | 35 | 19 | وما يستوي الأعمى والبصير |
| | | Kor ilə görən eyni deyildir, |
|
3680 | 35 | 20 | ولا الظلمات ولا النور |
| | | zülmətlərlə nur da, |
|
3681 | 35 | 21 | ولا الظل ولا الحرور |
| | | kölgə ilə bürkü də eyni deyildir. |
|
3682 | 35 | 22 | وما يستوي الأحياء ولا الأموات إن الله يسمع من يشاء وما أنت بمسمع من في القبور |
| | | Dirilərlə ölülər də eyni deyillər. Şübhəsiz ki, Allah istədiyinə haqqı eşitdirir. Sən isə qəbirlərdə olanlara eşitdirə bilməzsən. |
|
3683 | 35 | 23 | إن أنت إلا نذير |
| | | Sən ancaq qorxudub xəbərdar edənsən. |
|
3684 | 35 | 24 | إنا أرسلناك بالحق بشيرا ونذيرا وإن من أمة إلا خلا فيها نذير |
| | | Həqiqətən, Biz səni haqla müjdə verən və qorxudub xəbərdar edən olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, ona xəbərdar edən bir peyğəmbər gəlmiş olmasın. |
|