نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3654 | 34 | 48 | قل إن ربي يقذف بالحق علام الغيوب |
| | | De: “Rəbbim haqqı endirir. O, qeybləri biləndir”. |
|
3655 | 34 | 49 | قل جاء الحق وما يبدئ الباطل وما يعيد |
| | | De: “Haqq gəldi. Batil ona qarşı nə ortaya bir şey çıxarar, nə də onu qaytara bilər”. |
|
3656 | 34 | 50 | قل إن ضللت فإنما أضل على نفسي وإن اهتديت فبما يوحي إلي ربي إنه سميع قريب |
| | | De: “Əgər mən haqq yoldan çıxsam, öz əleyhimə çıxmış olaram. Yox, əgər doğru yolla gedirəmsə, bu da Rəbbimin mənə nazil etdiyi vəhyə görədir. Həqiqətən, O, Eşidəndir, Yaxındır”. |
|
3657 | 34 | 51 | ولو ترى إذ فزعوا فلا فوت وأخذوا من مكان قريب |
| | | Kaş ki, sən o kafirləri qorxuya düşdükləri vaxt görəydin. Onlar qaçıb canlarını qurtara bilməyəcək və onsuz da yaxın bir yerdə ələ keçiriləcəklər. |
|
3658 | 34 | 52 | وقالوا آمنا به وأنى لهم التناوش من مكان بعيد |
| | | Onlar: “Biz ona inandıq!”– deyəcəklər. Amma uzaq bir yerdə (Axirətdə) imana necə nail ola bilərlər?! |
|
3659 | 34 | 53 | وقد كفروا به من قبل ويقذفون بالغيب من مكان بعيد |
| | | Halbuki bundan əvvəl onu inkar edir və əlçatmaz bir yerdən qeyb haqqında fikir yürüdürdülər. |
|
3660 | 34 | 54 | وحيل بينهم وبين ما يشتهون كما فعل بأشياعهم من قبل إنهم كانوا في شك مريب |
| | | Daha öncə onların bənzərlərinə edildiyi kimi, arzuladıqları şeylərlə onların arasına sədd çəkilər. Həqiqətən, onlar anlaşılmaz bir şübhə içində idilər. |
|
3661 | 35 | 1 | بسم الله الرحمن الرحيم الحمد لله فاطر السماوات والأرض جاعل الملائكة رسلا أولي أجنحة مثنى وثلاث ورباع يزيد في الخلق ما يشاء إن الله على كل شيء قدير |
| | | Göyləri və yeri Yaradan, mələkləri iki, üç və dörd qanadlı elçilər edən Allaha həmd olsun! O, xəlq etdiklərindən istədiyini artırır. Həqiqətən, Allah hər şeyə qadirdir. |
|
3662 | 35 | 2 | ما يفتح الله للناس من رحمة فلا ممسك لها وما يمسك فلا مرسل له من بعده وهو العزيز الحكيم |
| | | Allah insanlara mərhəmətindən nəyi nəsib edərsə, heç kəs onun qarşısını ala bilməz. Onun göndərmədiyi bir şeyi də Ondan başqa heç kəs verə bilməz. O, Qüdrətlidir, Müdrikdir. |
|
3663 | 35 | 3 | يا أيها الناس اذكروا نعمت الله عليكم هل من خالق غير الله يرزقكم من السماء والأرض لا إله إلا هو فأنى تؤفكون |
| | | Ey insanlar! Allahın sizə verdiyi lütfünü bir xatırlayın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa heç bir məbud yoxdur. Siz necə də haqdan döndərilirsiniz! |
|