نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3652 | 34 | 46 | قل إنما أعظكم بواحدة أن تقوموا لله مثنى وفرادى ثم تتفكروا ما بصاحبكم من جنة إن هو إلا نذير لكم بين يدي عذاب شديد |
| | | (Ya Peyğəmbər! Bu müşriklərə) de: “Mən sizə ancaq bir öyüd verəcəyəm. Allah xatirinə (məni dinlədikdən sonra məclisimdən) iki-iki, bir-bir durun (durub gedin), sonra da bir dərindən düşünün, (görəcəksiniz ki) sizin yoldaşınızda (Muhəmməd əleyhissəlamda) heç bir divanəlik əsəri yoxdur. O yalnız qarşıdakı şiddətli əzabla (düçar olacağınız axirət əzabı ilə) sizi qorxudan (xəbərdar edən) bir peyğəmbərdir!” |
|
3653 | 34 | 47 | قل ما سألتكم من أجر فهو لكم إن أجري إلا على الله وهو على كل شيء شهيد |
| | | De: “Mən (bunun müqabilində) sizdən heç bir muzd (mükafat) istəmirəm, o sizin olsun. Mənim mükafatım ancaq Allaha aiddir. O, hər şeyə şahiddir!” |
|
3654 | 34 | 48 | قل إن ربي يقذف بالحق علام الغيوب |
| | | De: “Rəbbim haqqı (vəhyi və risaləti Öz peyğəmbərlərinə) nazil edər. O, qeybi ən yaxşı biləndir!” |
|
3655 | 34 | 49 | قل جاء الحق وما يبدئ الباطل وما يعيد |
| | | De: “Haqq (islam dini) gəldi. Batil (küfr, şirk) bir də nə gözə görünər (nə ortaya bir şey çıxarar), nə də geri qayıdar!” (Haqq gələn kimi batil bilmərrə yox oldu, çünki o özlüyündə puçdur!) |
|
3656 | 34 | 50 | قل إن ضللت فإنما أضل على نفسي وإن اهتديت فبما يوحي إلي ربي إنه سميع قريب |
| | | De: “Əgər mən (haqq yoldan) azsam, bunun zərəri (günahı) ancaq mənə olar. Yox, əgər doğru yolla getsəm, bu da Rəbbimin mənə vəhy etdiyi (Qur’an) sayəsindədir. Həqiqətən, O (kimin nə dediyini) eşidəndir, (dua edən bəndələrinə) yaxındır. |
|
3657 | 34 | 51 | ولو ترى إذ فزعوا فلا فوت وأخذوا من مكان قريب |
| | | (Ya Peyğəmbər!) Sən onları (müşrikləri) bir qorxduqları zaman görəydin! (Nə qəribə mənzərə!) Artıq qaçıb can qurtarmağa heç bir imkan yox, özləri də (Cəhənnəmə) yaxın bir yerdə (qəbir evində, yaxud Bədr vuruşunda) yaxalanmışlar. |
|
3658 | 34 | 52 | وقالوا آمنا به وأنى لهم التناوش من مكان بعيد |
| | | Onlar: “Ona (Qur’ana və ya Muhəmməd əleyhissəlama) inandıq!” – deyirlər. Amma (axirət kimi) uzaq bir yerdən əlləri (imana, tövbəyə) necə çata bilər?! (Axirət aləminə getdikdən sonra heç kəsin əli imana, tövbəyə yetişməz, çünki axirətdən qayıdıb bir də dünyaya gəlmək mümkün deyildir. İman və tövbə yeri yalnız yaşadığınız dünyadır!) |
|
3659 | 34 | 53 | وقد كفروا به من قبل ويقذفون بالغيب من مكان بعيد |
| | | Halbuki onlar bundan əvvəl onu (Allah kəlamını, yaxud Peyğəmbəri) inkar etmişdilər və uzaq bir yerdən qeybə (qaranlığa daş) atırdılar (qeybə dair bilmədikləri şeylər barəsində danışırdılar). |
|
3660 | 34 | 54 | وحيل بينهم وبين ما يشتهون كما فعل بأشياعهم من قبل إنهم كانوا في شك مريب |
| | | Artıq onlarla istədikləri şey (iman və tövbə) arasında əngəl törədilmişdir. (Bir də dünyaya qayıdıb tövbə və iman sahibləri olmaları qeyri-mümkündür). Daha öncə özlərinə bənzər kəslər (kafirlər) barəsində də belə edilmişdir. Çünki onlar da (axirət əzabı barəsində) dərin bir şəkk içində idilər. |
|
3661 | 35 | 1 | بسم الله الرحمن الرحيم الحمد لله فاطر السماوات والأرض جاعل الملائكة رسلا أولي أجنحة مثنى وثلاث ورباع يزيد في الخلق ما يشاء إن الله على كل شيء قدير |
| | | Göyləri və yeri yoxdan yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri (peyğəmbərlərə) elçi edən Allaha həmd olsun! (Allah) məxluqatda istədiyini artırar. Həqiqətən, Allah hər şeyə qadirdir! |
|