نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3651 | 34 | 45 | وكذب الذين من قبلهم وما بلغوا معشار ما آتيناهم فكذبوا رسلي فكيف كان نكير |
| | | Onlardan əvvəlkilər də elçilərimizi yalançı hesab etmişdilər. Müşriklər onlara verdiklərimizin onda birini belə əldə etməmişlər. Lakin onlar Mənim elçilərimi yalançı saydılar. Görəydin, Mənim onları həlak etməyim necə oldu! |
|
3652 | 34 | 46 | قل إنما أعظكم بواحدة أن تقوموا لله مثنى وفرادى ثم تتفكروا ما بصاحبكم من جنة إن هو إلا نذير لكم بين يدي عذاب شديد |
| | | De: “Mənim sizə bircə nəsihətim var; Allah üçün iki-iki, bir-bir ayağa qalxın, sonra da bir düşünün. Sizin yoldaşınızda (peyğəmbərdə) heç bir dəlilik əlaməti yoxdur. O, şiddətli əzab gəlməzdən əvvəl sizi ancaq xəbərdar edəndir”. |
|
3653 | 34 | 47 | قل ما سألتكم من أجر فهو لكم إن أجري إلا على الله وهو على كل شيء شهيد |
| | | De: “Mən sizdən bir haqq istəmişəmsə, onu sizin üçün istəmişəm. Mənim haqqım ancaq Allahdan olacaqdır. O, hər şeyə Şahiddir”. |
|
3654 | 34 | 48 | قل إن ربي يقذف بالحق علام الغيوب |
| | | De: “Rəbbim haqqı endirir. O, qeybləri biləndir”. |
|
3655 | 34 | 49 | قل جاء الحق وما يبدئ الباطل وما يعيد |
| | | De: “Haqq gəldi. Batil ona qarşı nə ortaya bir şey çıxarar, nə də onu qaytara bilər”. |
|
3656 | 34 | 50 | قل إن ضللت فإنما أضل على نفسي وإن اهتديت فبما يوحي إلي ربي إنه سميع قريب |
| | | De: “Əgər mən haqq yoldan çıxsam, öz əleyhimə çıxmış olaram. Yox, əgər doğru yolla gedirəmsə, bu da Rəbbimin mənə nazil etdiyi vəhyə görədir. Həqiqətən, O, Eşidəndir, Yaxındır”. |
|
3657 | 34 | 51 | ولو ترى إذ فزعوا فلا فوت وأخذوا من مكان قريب |
| | | Kaş ki, sən o kafirləri qorxuya düşdükləri vaxt görəydin. Onlar qaçıb canlarını qurtara bilməyəcək və onsuz da yaxın bir yerdə ələ keçiriləcəklər. |
|
3658 | 34 | 52 | وقالوا آمنا به وأنى لهم التناوش من مكان بعيد |
| | | Onlar: “Biz ona inandıq!”– deyəcəklər. Amma uzaq bir yerdə (Axirətdə) imana necə nail ola bilərlər?! |
|
3659 | 34 | 53 | وقد كفروا به من قبل ويقذفون بالغيب من مكان بعيد |
| | | Halbuki bundan əvvəl onu inkar edir və əlçatmaz bir yerdən qeyb haqqında fikir yürüdürdülər. |
|
3660 | 34 | 54 | وحيل بينهم وبين ما يشتهون كما فعل بأشياعهم من قبل إنهم كانوا في شك مريب |
| | | Daha öncə onların bənzərlərinə edildiyi kimi, arzuladıqları şeylərlə onların arasına sədd çəkilər. Həqiqətən, onlar anlaşılmaz bir şübhə içində idilər. |
|