نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3631 | 34 | 25 | قل لا تسألون عما أجرمنا ولا نسأل عما تعملون |
| | | De: “Siz bizim etdiyimiz günahlar barəsində sorğu-sual olunmayacaqsınız, biz də sizin etdiyiniz günahlar barəsində sorğu-sual olunmayacağıq! |
|
3632 | 34 | 26 | قل يجمع بيننا ربنا ثم يفتح بيننا بالحق وهو الفتاح العليم |
| | | De: “Rəbbimiz (qiyamət günü) bizi (bir yerə) toplayacaq və aramızda ədalətlə hökm edəcəkdir. (Haqq olanlar Cənnətə, nahaq olanlar isə Cəhənnəmə gedəcəklər). Ədalətlə hökm edən (müşkülləri açan), (nə hökm etdiyini) bilən ancaq Odur!” |
|
3633 | 34 | 27 | قل أروني الذين ألحقتم به شركاء كلا بل هو الله العزيز الحكيم |
| | | De: “Ona qoşduğunuz şərikləri bir mənə göstərin. Xeyr (heç kəs Ona şərik ola bilməz). Yenilməz qüvvət, hikmət sahibi ancaq O (bir olan) Allahdır!” |
|
3634 | 34 | 28 | وما أرسلناك إلا كافة للناس بشيرا ونذيرا ولكن أكثر الناس لا يعلمون |
| | | (Ya Rəsulum!) Biz səni (təkcə öz qövmünə deyil) bütün insanlara (mö’minlərə Cənnətlə) müjdə verdən, (kafirləri isə Cəhənnəm əzabı ilə) qorxudan bir peyğəmbər olaraq göndərdik. Lakin insanların (Məkkə müşriklərinin) əksəriyyəti (bunu) bilməz! |
|
3635 | 34 | 29 | ويقولون متى هذا الوعد إن كنتم صادقين |
| | | Onlar (Məkkə müşrikləri): “Əgər doğru danışırsınızsa, (bir xəbər verin görək) bu və’d (əzab və’dəsi) nə vaxt yerinə yetəcəkdir?” – deyə soruşarlar. |
|
3636 | 34 | 30 | قل لكم ميعاد يوم لا تستأخرون عنه ساعة ولا تستقدمون |
| | | (Onlara) belə de: “Sizə və’d olunmuş bir gün (qiyamət günü) vardır ki, ondan bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərsiniz!” |
|
3637 | 34 | 31 | وقال الذين كفروا لن نؤمن بهذا القرآن ولا بالذي بين يديه ولو ترى إذ الظالمون موقوفون عند ربهم يرجع بعضهم إلى بعض القول يقول الذين استضعفوا للذين استكبروا لولا أنتم لكنا مؤمنين |
| | | (Kitab əhlinin mö’minləri məkkəlilərə: “Biz sizin peyğəmbərinizin vəsflərini öz kitablarımızda görmüşük”,- söylədikləri zaman) kafir olanlar dedilər: “Biz nə bu Qur’ana, nə də ondan əvvəlkilərə (Tövrata və İncilə) inanırıq!” (Ya Rəsulum!) Kaş sən o zalımları (haqq-hesab üçün) Rəbbinin hüzurunda saxlanılıb bir-birinə söz qaytardıqları (bir-birini təqsirləndirib məzəmmət etdikləri) və acizlərin (dünyada) özlərini yuxarı tutanlara (tabe olanların öz rəislərinə): “Əgər siz olmasaydınız, biz mütləq mö’min olardıq!” – dedikləri zaman görəydin. |
|
3638 | 34 | 32 | قال الذين استكبروا للذين استضعفوا أنحن صددناكم عن الهدى بعد إذ جاءكم بل كنتم مجرمين |
| | | (Dünyada) özlərini yuxarı tutanlar da acizlərə belə cavab verərlər: “Əcaba, sizə doğru yol göstərən rəhbər gəldikdən sonra sizi ondan bizmi döndərdik? Xeyr, siz özünüz günahkar idiniz (könüllü surətdə küfrü qəbul etdiniz)” |
|
3639 | 34 | 33 | وقال الذين استضعفوا للذين استكبروا بل مكر الليل والنهار إذ تأمروننا أن نكفر بالله ونجعل له أندادا وأسروا الندامة لما رأوا العذاب وجعلنا الأغلال في أعناق الذين كفروا هل يجزون إلا ما كانوا يعملون |
| | | Acizlər özlərini yuxarı tutanlara deyərlər: “Xeyr bəs gecə-gündüz qurduğunuz hiylələr? O zaman ki, bizə Allahı danmağı və Ona şəriklər qoşmağı əmr edirdiniz”. Onlar əzabı gördükdə için-için peşman olarlar. Küfr edənlərin boyunlarına zəncir vurarıq. Onlar ancaq (dünyada) etdikləri əməllərin cəzasını çəkərlər. |
|
3640 | 34 | 34 | وما أرسلنا في قرية من نذير إلا قال مترفوها إنا بما أرسلتم به كافرون |
| | | Biz hər hansı bir məmləkətə (kafirləri Allahın əzabı ilə) qorxudan bir peyğəmbər göndərdikdə, onun naz-ne’mət içində yaşayan zəngin başçıları ancaq: “Biz sizinlə göndərilənləri (Allahın hökmlərini, risaləti, mö’cüzələri) inkar edirik!” – dedilər. |
|