نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3597 | 33 | 64 | إن الله لعن الكافرين وأعد لهم سعيرا |
| | | Şübhəsiz ki, Allah kafirlərə lə’nət eləmiş və onlar üçün yanar od hazırlamışdır. |
|
3598 | 33 | 65 | خالدين فيها أبدا لا يجدون وليا ولا نصيرا |
| | | Onlar orada əbədi qalacaqlar, (özlərinə) nə bir hami, nə də bir mədədkar tapa biləcəklər. |
|
3599 | 33 | 66 | يوم تقلب وجوههم في النار يقولون يا ليتنا أطعنا الله وأطعنا الرسولا |
| | | Üzləri odda (o tərəf-bu tərəfə) çevrildiyi (haldan-hala düşdüyü) gün onlar: “Kaş Allaha müt’i olaydıq, Peyğəmbərə itaət edəydik!” – deyəcəklər. |
|
3600 | 33 | 67 | وقالوا ربنا إنا أطعنا سادتنا وكبراءنا فأضلونا السبيلا |
| | | Onlar deyəcəklər: “Ey Rəbbimiz! Biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar. |
|
3601 | 33 | 68 | ربنا آتهم ضعفين من العذاب والعنهم لعنا كبيرا |
| | | Ey Rəbbimiz! Onlara ikiqat əzab ver, onları böyük bir lə’nətə (əzaba) düçar elə!” |
|
3602 | 33 | 69 | يا أيها الذين آمنوا لا تكونوا كالذين آذوا موسى فبرأه الله مما قالوا وكان عند الله وجيها |
| | | Ey iman gətirənlər! Musaya əziyyət verən kəslər kimi olmayın. Allah (Musanı) onların dediklərindən (böhtanlarından) təmizə çıxartdı. O, Allah yanında çox hörmətli (qədir-qiymətli) idi. |
|
3603 | 33 | 70 | يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا |
| | | Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! |
|
3604 | 33 | 71 | يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما |
| | | (Əgər belə etsəniz, Allah) əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar. |
|
3605 | 33 | 72 | إنا عرضنا الأمانة على السماوات والأرض والجبال فأبين أن يحملنها وأشفقن منها وحملها الإنسان إنه كان ظلوما جهولا |
| | | Biz əmanəti (Allaha itaət və ibadəti, şər’i hökmləri yerinə yetirməyi) göylərə, yerə və dağlara təklif etdik. Onlar ona yüklənməkdən (götürüb özləri ilə daşımaqdan) qorxub çəkindilər. Ona insan yükləndi. Həqiqətən, o çox zalım, çox cahildir. (İnsan bu ağır əmanəti götürməklə özünə zülm etdi və cahilliyi üzündən onun çətinliyini, ağır nəticəsini bilmədi). |
|
3606 | 33 | 73 | ليعذب الله المنافقين والمنافقات والمشركين والمشركات ويتوب الله على المؤمنين والمؤمنات وكان الله غفورا رحيما |
| | | Allah münafiq kişiləri və qadınları, müşrik kişiləri və qadınları əzaba uğratsın, mö’min kişilərin və qadınların da tövbələrini qəbul buyursun deyə (əmanəti öz razılığı ilə Adəm övladına tapşırdı). Allah (mö’minləri) bağışlayandır, rəhm edəndir! |
|