نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3592 | 33 | 59 | يا أيها النبي قل لأزواجك وبناتك ونساء المؤمنين يدنين عليهن من جلابيبهن ذلك أدنى أن يعرفن فلا يؤذين وكان الله غفورا رحيما |
| | | Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, naməhrəm yanında çarşabları ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Bağışlayandır, Rəhmlidir. |
|
3593 | 33 | 60 | لئن لم ينته المنافقون والذين في قلوبهم مرض والمرجفون في المدينة لنغرينك بهم ثم لا يجاورونك فيها إلا قليلا |
| | | Əgər ikiüzlülər, qəlbi xəstə olanlar və şəhərdə qarayaxma şayiələr yayanlar öz yaramaz əməllərinə son qoymasalar, səni onlara qarşı çıxmağa çağırarıq. Sonra onlar orada artıq səninlə ancaq qısa bir müddət ərzində qonşuluq edər və |
|
3594 | 33 | 61 | ملعونين أينما ثقفوا أخذوا وقتلوا تقتيلا |
| | | lənətlənmiş halda qalarlar. Harada ələ keçsələr, yaxalanıb amansızcasına öldürülərlər. |
|
3595 | 33 | 62 | سنة الله في الذين خلوا من قبل ولن تجد لسنة الله تبديلا |
| | | Əvvəllər olub-gedənlər barəsində də Allahın hökmü belə idi. Sən Allahın qanunlarında heç bir dəyişiklik tapa bilməzsən. |
|
3596 | 33 | 63 | يسألك الناس عن الساعة قل إنما علمها عند الله وما يدريك لعل الساعة تكون قريبا |
| | | Camaat sənə o Saat barədə sual verir. De: “Onu yalnız Allah bilir!” Nə bilirsən, bəlkə də, o Saat lap yaxınlaşmışdır. |
|
3597 | 33 | 64 | إن الله لعن الكافرين وأعد لهم سعيرا |
| | | Həqiqətən, Allah kafirləri lənətləmiş və onlar üçün yandırıb- yaxan Od hazırlamışdır. |
|
3598 | 33 | 65 | خالدين فيها أبدا لا يجدون وليا ولا نصيرا |
| | | Onlar orada əbədi qalacaq, özlərinə nə bir himayəçi, nə də bir yardımçı tapa bilməyəcəklər. |
|
3599 | 33 | 66 | يوم تقلب وجوههم في النار يقولون يا ليتنا أطعنا الله وأطعنا الرسولا |
| | | Üzləri odda o yan-bu yana döndəriləcəyi gün onlar deyəcəklər: “Kaş biz Allaha ibadət edəydik, Onun Elçisinə itaətkar olaydıq!” |
|
3600 | 33 | 67 | وقالوا ربنا إنا أطعنا سادتنا وكبراءنا فأضلونا السبيلا |
| | | Onlar deyəcəklər: “Ey Rəbbimiz! Biz başçılarımıza və böyüklərimizə itaət etdik, onlar da bizi haqq yoldan azdırdılar. |
|
3601 | 33 | 68 | ربنا آتهم ضعفين من العذاب والعنهم لعنا كبيرا |
| | | Ey Rəbbimiz! Onları ikiqat əziyyətə sal və onları müdhiş bir lənətə məruz qoy!” |
|