نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3591 | 33 | 58 | والذين يؤذون المؤمنين والمؤمنات بغير ما اكتسبوا فقد احتملوا بهتانا وإثما مبينا |
| | | Mö’min kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər! |
|
3592 | 33 | 59 | يا أيها النبي قل لأزواجك وبناتك ونساء المؤمنين يدنين عليهن من جلابيبهن ذلك أدنى أن يعرفن فلا يؤذين وكان الله غفورا رحيما |
| | | Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və mö’minlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir! |
|
3593 | 33 | 60 | لئن لم ينته المنافقون والذين في قلوبهم مرض والمرجفون في المدينة لنغرينك بهم ثم لا يجاورونك فيها إلا قليلا |
| | | Əgər münafiqlər, qəlblərində mərəz (zinakarlıq, pozğunluq mərəzi) olanlar və Mədinədə qəsdən yalan şayiələr yayanlar (bu pis əməllərinə) son qoymasalar, şübhəsiz ki, səni onların üstünə qaldırarıq. Sonra onlar səninlə ancaq az bir müddət orada qonşu ola bilərlər. |
|
3594 | 33 | 61 | ملعونين أينما ثقفوا أخذوا وقتلوا تقتيلا |
| | | (Onlar) məl’unlar kimi (tezliklə şəhərdən qovular), harada ələ keçsələr, mütləq tutulub öldürülərlər. |
|
3595 | 33 | 62 | سنة الله في الذين خلوا من قبل ولن تجد لسنة الله تبديلا |
| | | Allahın (onlardan) öncə gəlib-getmişlər (münafiqlər) haqqında qayda-qanunu belədir. Sən Allahın qoyduğu qayda-qanunda əsla dəyişiklik görməzsən! |
|
3596 | 33 | 63 | يسألك الناس عن الساعة قل إنما علمها عند الله وما يدريك لعل الساعة تكون قريبا |
| | | Camaat (Məkkə əhli) səndən o saat (qiyamətin nə vaxt qopacağı) barədə soruşar. (Ya Peyğəmbər!) De: “Onu ancaq Allah bilər!” Nə bilirsən, bəlkə də, o saat (qiyamət) yaxındır). |
|
3597 | 33 | 64 | إن الله لعن الكافرين وأعد لهم سعيرا |
| | | Şübhəsiz ki, Allah kafirlərə lə’nət eləmiş və onlar üçün yanar od hazırlamışdır. |
|
3598 | 33 | 65 | خالدين فيها أبدا لا يجدون وليا ولا نصيرا |
| | | Onlar orada əbədi qalacaqlar, (özlərinə) nə bir hami, nə də bir mədədkar tapa biləcəklər. |
|
3599 | 33 | 66 | يوم تقلب وجوههم في النار يقولون يا ليتنا أطعنا الله وأطعنا الرسولا |
| | | Üzləri odda (o tərəf-bu tərəfə) çevrildiyi (haldan-hala düşdüyü) gün onlar: “Kaş Allaha müt’i olaydıq, Peyğəmbərə itaət edəydik!” – deyəcəklər. |
|
3600 | 33 | 67 | وقالوا ربنا إنا أطعنا سادتنا وكبراءنا فأضلونا السبيلا |
| | | Onlar deyəcəklər: “Ey Rəbbimiz! Biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar. |
|