نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3569 | 33 | 36 | وما كان لمؤمن ولا مؤمنة إذا قضى الله ورسوله أمرا أن يكون لهم الخيرة من أمرهم ومن يعص الله ورسوله فقد ضل ضلالا مبينا |
| | | Allah və Onun Elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qərarı verə bilməzlər. Allaha və Onun Elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür. |
|
3570 | 33 | 37 | وإذ تقول للذي أنعم الله عليه وأنعمت عليه أمسك عليك زوجك واتق الله وتخفي في نفسك ما الله مبديه وتخشى الناس والله أحق أن تخشاه فلما قضى زيد منها وطرا زوجناكها لكي لا يكون على المؤمنين حرج في أزواج أدعيائهم إذا قضوا منهن وطرا وكان أمر الله مفعولا |
| | | Bir zaman Allahın nemət verdiyi və sənin özünün nemət verdiyin kəsə (Zeyd ibn Harisəyə): “Zövcəni yanında saxla, Allahdan qorx!”– deyirdin. Allahın aşkar edəcəyi şeyi ürəyində gizli saxlayır və insanlardan çəkinirdin. Halbuki əslində qorxmalı olduğun məhz Allahdır. Zeyd zövcəsini boşadıqda səni onunla evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman o qadınlarla evlənməkdə möminlərə heç bir sıxıntı olmasın. Allahın əmri mütləq yerinə yetəcəkdir. |
|
3571 | 33 | 38 | ما كان على النبي من حرج فيما فرض الله له سنة الله في الذين خلوا من قبل وكان أمر الله قدرا مقدورا |
| | | Allahın Peyğəmbərə halal buyurduğu bir şeydə ona heç bir günah gəlməz. Öncə gəlib-gedənlər haqqında da Allahın qayda-qanunu belə idi. Allahın əmri əzəldən müəyyən edilmiş bir hökmdür. |
|
3572 | 33 | 39 | الذين يبلغون رسالات الله ويخشونه ولا يخشون أحدا إلا الله وكفى بالله حسيبا |
| | | Onlar Allahın risalətini təbliğ edir, Ondan qorxur və Allahdan başqa heç kəsdən qorxmurdular. Allah Özü haqq-hesab çəkməyə kifayətdir. |
|
3573 | 33 | 40 | ما كان محمد أبا أحد من رجالكم ولكن رسول الله وخاتم النبيين وكان الله بكل شيء عليما |
| | | Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi bilir. |
|
3574 | 33 | 41 | يا أيها الذين آمنوا اذكروا الله ذكرا كثيرا |
| | | Ey iman gətirənlər! Allahı tez-tez yada salın! |
|
3575 | 33 | 42 | وسبحوه بكرة وأصيلا |
| | | Səhər-axşam Onun şəninə təriflər deyin! |
|
3576 | 33 | 43 | هو الذي يصلي عليكم وملائكته ليخرجكم من الظلمات إلى النور وكان بالمؤمنين رحيما |
| | | Sizi zülmətlərdən nura çıxartmaq üçün sizə rəhm edən Odur. Onun mələkləri də sizin üçün bağışlanma diləyərlər. Allah möminlərə qarşı Rəhmlidir. |
|
3577 | 33 | 44 | تحيتهم يوم يلقونه سلام وأعد لهم أجرا كريما |
| | | Möminlərin Ona qovuşacaqları gün xeyir-duaları “salam” olacaqdır. Allah onlara olduqca gözəl mükafat hazırlamışdır. |
|
3578 | 33 | 45 | يا أيها النبي إنا أرسلناك شاهدا ومبشرا ونذيرا |
| | | Ey Peyğəmbər! Həqiqətən, Biz səni şahid, müjdəçi və xəbərdar edən olaraq göndərdik. |
|