نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3446 | 30 | 37 | أولم يروا أن الله يبسط الرزق لمن يشاء ويقدر إن في ذلك لآيات لقوم يؤمنون |
| | | Məgər onlar Allahın istədiyi kimsənin ruzisini bol etdiyini və (istədiyininkini də) azaltdığını görmürlərmi?! Həqiqətən, bunda iman gətirən bir tayfa üçün ibrətlər vardır! |
|
3447 | 30 | 38 | فآت ذا القربى حقه والمسكين وابن السبيل ذلك خير للذين يريدون وجه الله وأولئك هم المفلحون |
| | | (Ya Rəsulum!) Yaxın qohuma, yoxsula (miskinə), (pulu qurtarıb yolda qalan) müsafirə (Allahın vacib buyurduğu) haqqını ver. Allah rizasını (Allahın camalını) diləyənlər üçün bu daha xeyirlidir. (Axirətdə) nicat tapanlar (mətləbinə yetişənlər) məhz onlardır! |
|
3448 | 30 | 39 | وما آتيتم من ربا ليربو في أموال الناس فلا يربو عند الله وما آتيتم من زكاة تريدون وجه الله فأولئك هم المضعفون |
| | | (Sərvətinizin) xalqın mal-dövləti hesabına artması üçün sələmlə (faizlə) verdiyiniz malın Allah yanında heç bir bərəkəti (artımı) olmaz. Allah rizasını diləyərək verdiyiniz sədəqə (zəkat) isə belə deyildir. Bunu edənlər (dünyada mallarının bərəkətini, axirətdə isə öz mükafatlarını) qat-qat artıranlardır! |
|
3449 | 30 | 40 | الله الذي خلقكم ثم رزقكم ثم يميتكم ثم يحييكم هل من شركائكم من يفعل من ذلكم من شيء سبحانه وتعالى عما يشركون |
| | | Sizi (yoxdan) yaradan, sonra sizə ruzi verən, sizi öldürən və daha sonra (qiyamət günü) dirildəcək məhz Allahdır. Şərikləriniz içərisində bunlardan heç olmasa birini edə biləni varmı? (Allah) pakdır, müqəddəsdir. (Allah müşriklərin) Ona şərik qoşduqlarından (bütlərdən) ucadır! |
|
3450 | 30 | 41 | ظهر الفساد في البر والبحر بما كسبت أيدي الناس ليذيقهم بعض الذي عملوا لعلهم يرجعون |
| | | İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bə’zi yerlərdə quraqlıq, qıtlıq olar, bə’zilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bə’zi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar. |
|
3451 | 30 | 42 | قل سيروا في الأرض فانظروا كيف كان عاقبة الذين من قبل كان أكثرهم مشركين |
| | | (Ya Rəsulum! Məkkə əhlinə) de: “Yer üzünü gəzib-dolaşın və (sizdən) əvvəlkilərin axırının necə olduğuna baxın. Onların əksəriyyəti müşrik idi. |
|
3452 | 30 | 43 | فأقم وجهك للدين القيم من قبل أن يأتي يوم لا مرد له من الله يومئذ يصدعون |
| | | (Ya Rəsulum!) Allah tərəfindən qarşısıalınmaz gün (qiyamət günü) gəlməmişdən əvvəl üzünü düzgün dinə (islama doğru) çevir. O gün insanlar (haqq-hesab çəkildikdən sonra) bölük-bölük (iki dəstə) olarlar. (Mö’minlər Cənnətə, günahkarlar isə Cəhənnəmə gedərlər). |
|
3453 | 30 | 44 | من كفر فعليه كفره ومن عمل صالحا فلأنفسهم يمهدون |
| | | Küfr edənin küfrü öz əleyhinə olar (qazandığı günaha görə Cəhənnəmə atılar). Yaxşı iş görənlər isə özləri üçün (Cənnətdə) rahat mənzillər hazırlamış olarlar ki, |
|
3454 | 30 | 45 | ليجزي الذين آمنوا وعملوا الصالحات من فضله إنه لا يحب الكافرين |
| | | (Allah) iman gətirib saleh əməl edənlərə Öz lütfündən (Öz kərəmindən) mükafat versin. Şübhəsiz ki, (Allah) kafirləri sevməz! |
|
3455 | 30 | 46 | ومن آياته أن يرسل الرياح مبشرات وليذيقكم من رحمته ولتجري الفلك بأمره ولتبتغوا من فضله ولعلكم تشكرون |
| | | Həqiqətən, küləkləri müjdəçi olaraq göndərməsi, sizə Öz mərhəmətindən daddırması (yağış verməsi), əmri ilə gəmilərin üzməsi, ne’mətindən ruzi axtarmanız Onun qüdrət əlamətlərindəndir. Bəlkə, (Allahın ne’mətlərinə) şükür edəsiniz! |
|