نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3418 | 30 | 9 | أولم يسيروا في الأرض فينظروا كيف كان عاقبة الذين من قبلهم كانوا أشد منهم قوة وأثاروا الأرض وعمروها أكثر مما عمروها وجاءتهم رسلهم بالبينات فما كان الله ليظلمهم ولكن كانوا أنفسهم يظلمون |
| | | Məgər onlar yer üzündə gəzib dolaşaraq özlərindən öncəkilərin aqibətini görmədilərmi? Onlar bunlardan da güclü idilər. Onlar torpağı şumlayır, yer üzünü bunlardan daha çox abadlaşdırırdılar. Elçiləri onlara açıq-aydın möcüzələr gətirirdilər. Onlara Allah zülm etmirdi. Onlar özləri özlərinə zülm etmişdilər. |
|
3419 | 30 | 10 | ثم كان عاقبة الذين أساءوا السوأى أن كذبوا بآيات الله وكانوا بها يستهزئون |
| | | Sonra isə Allahın ayələrini yalan sayıb onlara lağlağı etməklə pislik göstərənlərin nəsibi lap yaman oldu. |
|
3420 | 30 | 11 | الله يبدأ الخلق ثم يعيده ثم إليه ترجعون |
| | | Allah məxluqatı əvvəlcə heçdən yaradır, öldürdükdən sonra onu yenidən dirildir. Bundan sonra isə siz Ona qaytarılacaqsınız. |
|
3421 | 30 | 12 | ويوم تقوم الساعة يبلس المجرمون |
| | | O Saatın gələcəyi gün günahkarlar ümidlərini itirəcəklər. |
|
3422 | 30 | 13 | ولم يكن لهم من شركائهم شفعاء وكانوا بشركائهم كافرين |
| | | Allaha qoşduqları şəriklərindən onlar üçün şəfaətçilər olmayacaq. Şərikləri onları inkar edəcəklər. |
|
3423 | 30 | 14 | ويوم تقوم الساعة يومئذ يتفرقون |
| | | Məhz o Saatın gələcəyi gün möminlərlə kafirlər ayrılacaqlar. |
|
3424 | 30 | 15 | فأما الذين آمنوا وعملوا الصالحات فهم في روضة يحبرون |
| | | İman gətirib yaxşı işlər görənlərə gəlincə isə, onlar Cənnət bağçalarında şadlıq içində olacaqlar. |
|
3425 | 30 | 16 | وأما الذين كفروا وكذبوا بآياتنا ولقاء الآخرة فأولئك في العذاب محضرون |
| | | Kafir olub ayələrimizi və axirətə düşəcəklərini yalan sayanlar isə əzaba giriftar ediləcəklər. |
|
3426 | 30 | 17 | فسبحان الله حين تمسون وحين تصبحون |
| | | Odur ki, siz axşama çatanda və səhərə çıxanda Allahın şərəfinə çoxlu tərif söyləyin. |
|
3427 | 30 | 18 | وله الحمد في السماوات والأرض وعشيا وحين تظهرون |
| | | Göylərdə və yerdə həmd Ona məxsusdur. Axşam çağında da, günortaya yetişəndə də Onun şərəfinə təriflər deyin! |
|