نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3376 | 29 | 36 | وإلى مدين أخاهم شعيبا فقال يا قوم اعبدوا الله وارجوا اليوم الآخر ولا تعثوا في الأرض مفسدين |
| | | Mədyən əhalisinə də qardaşları Şueybi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin, Axirət gününə ümid bəsləyin və yer üzündə fəsad yayaraq pis işlər görməyin”. |
|
3377 | 29 | 37 | فكذبوه فأخذتهم الرجفة فأصبحوا في دارهم جاثمين |
| | | Onlar isə onu yalançı saydılar. Buna görə də onları qorxunc səsli bir zəlzələ yaxaladı və onlar öz evlərində üzüqoylu düşüb qaldılar. |
|
3378 | 29 | 38 | وعادا وثمود وقد تبين لكم من مساكنهم وزين لهم الشيطان أعمالهم فصدهم عن السبيل وكانوا مستبصرين |
| | | Adı da, Səmudu da məhv etdik. Bu, onların məskənlərindən sizə bəllidir. Şeytan onlara etdikləri əməlləri gözəl göstərib onları haqq yoldan çıxartdı. Halbuki onlar gözüaçıq adamlar idilər. |
|
3379 | 29 | 39 | وقارون وفرعون وهامان ولقد جاءهم موسى بالبينات فاستكبروا في الأرض وما كانوا سابقين |
| | | Qarunu, Fironu və Hamanı da məhv etdik. Həqiqətən, Musa onlara aydın dəlillər gətirdi. Onlar isə yer üzündə təkəbbürlük etdilər və axırda əzabımızdan qaça bilmədilər. |
|
3380 | 29 | 40 | فكلا أخذنا بذنبه فمنهم من أرسلنا عليه حاصبا ومنهم من أخذته الصيحة ومنهم من خسفنا به الأرض ومنهم من أغرقنا وما كان الله ليظلمهم ولكن كانوا أنفسهم يظلمون |
| | | Biz hər birini öz günahına görə yaxaladıq. Onlardan kimisinin üstünə qasırğa ilə birgə daşlar göndərdik, kimisini qorxunc səs yaxaladı, kimisini yerə batırdıq, kimisini də suya qərq etdik. Allah onlara zülm etmirdi, onlar ancaq əməlləri ilə özləri özlərinə zülm edirdilər. |
|
3381 | 29 | 41 | مثل الذين اتخذوا من دون الله أولياء كمثل العنكبوت اتخذت بيتا وإن أوهن البيوت لبيت العنكبوت لو كانوا يعلمون |
| | | Allahdan başqasını özlərinə dost tutanların aqibəti özünə yuva qurmuş hörümçəyin məsəlinə bənzəyir. Yuvaların ən zəifi də, əlbəttə ki, hörümçək yuvasıdır. Kaş ki, biləydilər! |
|
3382 | 29 | 42 | إن الله يعلم ما يدعون من دونه من شيء وهو العزيز الحكيم |
| | | Şübhə yoxdur ki, Allah onların Onu qoyub nəyə yalvarıb sitayiş etdiklərini bilir. O, Qüdrətlidir, Müdrikdir. |
|
3383 | 29 | 43 | وتلك الأمثال نضربها للناس وما يعقلها إلا العالمون |
| | | Biz insanlar üçün belə məsəllər çəkirik. Onları isə ancaq həqiqəti dərk edən adamlar anlayarlar. |
|
3384 | 29 | 44 | خلق الله السماوات والأرض بالحق إن في ذلك لآية للمؤمنين |
| | | Allah göyləri və yeri gerçək olaraq yaratmışdır. Həqiqətən, bunda möminlər üçün bir ibrət vardır. |
|
3385 | 29 | 45 | اتل ما أوحي إليك من الكتاب وأقم الصلاة إن الصلاة تنهى عن الفحشاء والمنكر ولذكر الله أكبر والله يعلم ما تصنعون |
| | | Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə ibadətlərin ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir. |
|