نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3301 | 28 | 49 | قل فأتوا بكتاب من عند الله هو أهدى منهما أتبعه إن كنتم صادقين |
| | | (Ya Rəsulum!) De: “Əgər doğru deyirsinizsə, Allahın dərgahından bu ikisindən (Qur’andan və Tövratdan) daha doğru yol göstərən bir kitab gətirin, mən də ona tabe olum!” |
|
3302 | 28 | 50 | فإن لم يستجيبوا لك فاعلم أنما يتبعون أهواءهم ومن أضل ممن اتبع هواه بغير هدى من الله إن الله لا يهدي القوم الظالمين |
| | | Əgər sənə (sənin bu təklifinə) cavab verməsələr, bil ki, onlar öz nəfslərinə uymuşlar. Allahdan bir dəlil (hidayət) olmayınca öz nəfsinə uyandan (Rəbbinə şərik qoşandan, küfr edəndən) haqq yolu daha çox azmış kim ola bilər?! Allah zalım tayfanı doğru yolda müvəffəq etməz! |
|
3303 | 28 | 51 | ولقد وصلنا لهم القول لعلهم يتذكرون |
| | | Həqiqətən, Biz sözü (Qur’anı, keçmişlərə aid xəbərləri) onlar üçün bir-birinin ardınca (müfəssəl) izah etdik ki, bəlkə, öyüd-nəsihət qəbul etsinlər. (Bunlardan ibrət alıb iman gətirsinlər!) |
|
3304 | 28 | 52 | الذين آتيناهم الكتاب من قبله هم به يؤمنون |
| | | (Qur’andan) əvvəl kitab vermiş olduğumuz kəslər (mö’min yəhudi və xaçpərəstlər) ona inanırlar. |
|
3305 | 28 | 53 | وإذا يتلى عليهم قالوا آمنا به إنه الحق من ربنا إنا كنا من قبله مسلمين |
| | | Onlara (Qur’an) oxunduğu zaman: “Biz ona inandıq. Doğrudan da, Rəbbimizdən (nazil olmuş) haqdır. Biz ondan əvvəl də müsəlman (təkallahlı, Allahın vəhdaniyyətini qəbul edib yalnız Ona itaət və ibadət edən kəslər) idik!” – deyirlər. |
|
3306 | 28 | 54 | أولئك يؤتون أجرهم مرتين بما صبروا ويدرءون بالحسنة السيئة ومما رزقناهم ينفقون |
| | | (İki kitaba – Tövrata və Qur’ana inandıqları üçün müşriklərin gördükləri əzab-əziyyətə) səbr etdiklərinə görə onlara iki dəfə mükafat veriləcəkdir. Onlar pisliyi yaxşılıqla dəf edər və özlərinə verdiyimiz ruzidən (ehtiyacı olanlara) sərf edərlər. |
|
3307 | 28 | 55 | وإذا سمعوا اللغو أعرضوا عنه وقالوا لنا أعمالنا ولكم أعمالكم سلام عليكم لا نبتغي الجاهلين |
| | | Onlar boş (yersiz) bir söz eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. (Hərə öz əməlinə cavabdehdir). Sizə salam olsun! (Salamat qalın. Bizimki bizdə, sizinki də sizdə!) Biz cahilləri (cahillərlə yoldaşlıq etmək, onların söz-söhbətinə qulaq asmaq, sonra da onlarla çənə-boğaz olmaq) istəmirik!” – deyirlər. |
|
3308 | 28 | 56 | إنك لا تهدي من أحببت ولكن الله يهدي من يشاء وهو أعلم بالمهتدين |
| | | (Ya Rəsulum!) Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri (öz əzəli elmi ilə) daha yaxşı O bilir! (Və buna görə də onları haqq yola müvəffəq edir!) |
|
3309 | 28 | 57 | وقالوا إن نتبع الهدى معك نتخطف من أرضنا أولم نمكن لهم حرما آمنا يجبى إليه ثمرات كل شيء رزقا من لدنا ولكن أكثرهم لا يعلمون |
| | | (Qüreyşlilər) dedilər: “Əgər biz səninlə bilikdə haqq yolu (islam dinini) tutub getsək, (əksəriyyəti təşkil edən müşriklərin əli ilə) yurdumuzdan tezliklə didərgin salınarıq”. Məgər Biz onları Özümüzdən bir ruzi olaraq hər yerin meyvəsinin (hər cür meyvənin) daşınıb gətirildiyi, (daxilində Kə’bə yerləşən) qorxusuz-xətərsiz (müqəddəs) bir yerdə (Məkkədə) sakin etmədikmi? Lakin onların əksəriyyəti (Allahın onlara bəxş etdiyi bu ne’mətin qədrini) bilməz! |
|
3310 | 28 | 58 | وكم أهلكنا من قرية بطرت معيشتها فتلك مساكنهم لم تسكن من بعدهم إلا قليلا وكنا نحن الوارثين |
| | | Biz xoş güzəranına naşükür olub qürrələnən neçə-neçə məmləkəti (məmləkət əhlini) həlak etdik. Bu onların özlərindən sonra yalnız az bir hissəsi məskun olan (bomboş, xaraba qalmış) yurdlarıdır. Onlara Biz varis olduq. |
|