نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3297 | 28 | 45 | ولكنا أنشأنا قرونا فتطاول عليهم العمر وما كنت ثاويا في أهل مدين تتلو عليهم آياتنا ولكنا كنا مرسلين |
| | | Lakin Biz (Musadan sonra) neçə-neçə nəsillər yaratdıq. Onlar uzun ömür sürdülər. (Vəhy kəsildi; bir çox xəbərlər unudulub getdi, şəriət təhrif olundu). Sən ayələrimizi onlara oxuyarkən Mədyən əhli arasında deyildin. (Sən Mədyəndə deyildin ki, onların əhvalını bilib Məkkə əhlinə xəbər verəsən. Buna görə də onlar sənin bu xəbərləri Mədyən camaatından öyrəndiyini deyə bilməzlər). Lakin Biz (bu əhvalatları onlara olduğu kimi xəbər vermək üçün səni) peyğəmbər göndərdik. [Və ya: Ancaq (bu xəbərləri sənə) göndərən Bizik]. |
|
3298 | 28 | 46 | وما كنت بجانب الطور إذ نادينا ولكن رحمة من ربك لتنذر قوما ما أتاهم من نذير من قبلك لعلهم يتذكرون |
| | | Və Biz (Musaya) xitab etdiyimiz (Tövratı verdiyimiz) zaman da sən Tur dağının yanında deyildin. Lakin səndən əvvəl özlərinə peyğəmbər gəlməmiş bir tayfanı (Allahın əzabı ilə) qorxudasan deyə, Rəbbindən bir mərhəmət olaraq (sənə bunları öyrədib onlara peyğəmbər göndərdik). Bəlkə, öyüd-nəsihət qəbul etsinlər! |
|
3299 | 28 | 47 | ولولا أن تصيبهم مصيبة بما قدمت أيديهم فيقولوا ربنا لولا أرسلت إلينا رسولا فنتبع آياتك ونكون من المؤمنين |
| | | Öz əlləri ilə etdikləri əməlləri (qazandıqları günahları) üzündən onlara bir müsibət üz verincə: “Ey Rəbbimiz! Barı, bizə bir peyğəmbər göndərəydin ki, biz də Sənin ayələrinə uyub mö’minlərdən olaydıq!” – deməsəydilər, səni onlara peyğəmbər göndərməzdik. (Onların bəhanəsini kəsmək üçün belə etdik). |
|
3300 | 28 | 48 | فلما جاءهم الحق من عندنا قالوا لولا أوتي مثل ما أوتي موسى أولم يكفروا بما أوتي موسى من قبل قالوا سحران تظاهرا وقالوا إنا بكل كافرون |
| | | Dərgahımızdan onlara (müşriklərə) haqq (Qur’an və Peyğəmbər) gəldikdə onlar: “Musaya verilən (mö’cüzələr) nə üçün eynilə ona da verilmədi?” – dedilər. Məgər onlar daha öncə Musaya verilənləri danıb: “İki sehr (Tövrat və Qur’an) bir-birilə köməkləşdi və biz (iki sehrbazın – Musanın və Muhəmmədin) hər birini inkar etdik!” – deməmişdilərmi? |
|
3301 | 28 | 49 | قل فأتوا بكتاب من عند الله هو أهدى منهما أتبعه إن كنتم صادقين |
| | | (Ya Rəsulum!) De: “Əgər doğru deyirsinizsə, Allahın dərgahından bu ikisindən (Qur’andan və Tövratdan) daha doğru yol göstərən bir kitab gətirin, mən də ona tabe olum!” |
|
3302 | 28 | 50 | فإن لم يستجيبوا لك فاعلم أنما يتبعون أهواءهم ومن أضل ممن اتبع هواه بغير هدى من الله إن الله لا يهدي القوم الظالمين |
| | | Əgər sənə (sənin bu təklifinə) cavab verməsələr, bil ki, onlar öz nəfslərinə uymuşlar. Allahdan bir dəlil (hidayət) olmayınca öz nəfsinə uyandan (Rəbbinə şərik qoşandan, küfr edəndən) haqq yolu daha çox azmış kim ola bilər?! Allah zalım tayfanı doğru yolda müvəffəq etməz! |
|
3303 | 28 | 51 | ولقد وصلنا لهم القول لعلهم يتذكرون |
| | | Həqiqətən, Biz sözü (Qur’anı, keçmişlərə aid xəbərləri) onlar üçün bir-birinin ardınca (müfəssəl) izah etdik ki, bəlkə, öyüd-nəsihət qəbul etsinlər. (Bunlardan ibrət alıb iman gətirsinlər!) |
|
3304 | 28 | 52 | الذين آتيناهم الكتاب من قبله هم به يؤمنون |
| | | (Qur’andan) əvvəl kitab vermiş olduğumuz kəslər (mö’min yəhudi və xaçpərəstlər) ona inanırlar. |
|
3305 | 28 | 53 | وإذا يتلى عليهم قالوا آمنا به إنه الحق من ربنا إنا كنا من قبله مسلمين |
| | | Onlara (Qur’an) oxunduğu zaman: “Biz ona inandıq. Doğrudan da, Rəbbimizdən (nazil olmuş) haqdır. Biz ondan əvvəl də müsəlman (təkallahlı, Allahın vəhdaniyyətini qəbul edib yalnız Ona itaət və ibadət edən kəslər) idik!” – deyirlər. |
|
3306 | 28 | 54 | أولئك يؤتون أجرهم مرتين بما صبروا ويدرءون بالحسنة السيئة ومما رزقناهم ينفقون |
| | | (İki kitaba – Tövrata və Qur’ana inandıqları üçün müşriklərin gördükləri əzab-əziyyətə) səbr etdiklərinə görə onlara iki dəfə mükafat veriləcəkdir. Onlar pisliyi yaxşılıqla dəf edər və özlərinə verdiyimiz ruzidən (ehtiyacı olanlara) sərf edərlər. |
|