نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3254 | 28 | 2 | تلك آيات الكتاب المبين |
| | | Bu, (haqqı batildən ayıran, mö’cüzələri, hökmləri) açıq-aydın Kitabın ayələridir! |
|
3255 | 28 | 3 | نتلو عليك من نبإ موسى وفرعون بالحق لقوم يؤمنون |
| | | Biz inanan bir tayfa üçün sənə Musanın və Fir’onun hekayətindən (bir qismini) olduğu kimi söyləyəcəyik. |
|
3256 | 28 | 4 | إن فرعون علا في الأرض وجعل أهلها شيعا يستضعف طائفة منهم يذبح أبناءهم ويستحيي نساءهم إنه كان من المفسدين |
| | | Həqiqətən, Fir’on yer üzündə (Misirdə) baş qaldırıb onun əhalisini zümrələrə bölmüşdü. (Fir’on) onların arasında olan bir tayfanı (İsrail oğullarını) gücsüz (aciz) görüb onların (yeni doğulan) oğlan uşaqlarını öldürür, qızlarını isə sağ buraxırdı. O, həqiqətən, (yer üzündə) fitnə-fəsad törədənlərdən idi! |
|
3257 | 28 | 5 | ونريد أن نمن على الذين استضعفوا في الأرض ونجعلهم أئمة ونجعلهم الوارثين |
| | | Bis isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə (İsrail oğullarına) mərhəmət göstərək, onları (xeyirxah işlərdə) öndə gedənlər və (Fir’onun mülkünə) varislər edək. |
|
3258 | 28 | 6 | ونمكن لهم في الأرض ونري فرعون وهامان وجنودهما منهم ما كانوا يحذرون |
| | | Və onları yer üzündə (Misirdə, Şamda) yerləşdirib möhkəmləndirək, Fir’ona, (vəziri) Hamana və ordularına onların qorxub çəkindikləri şeyi (İsrail oğullarından birinin əli ilə məhv edilib hakimiyyətlərinə son qoyulmasını) göstərək. |
|
3259 | 28 | 7 | وأوحينا إلى أم موسى أن أرضعيه فإذا خفت عليه فألقيه في اليم ولا تخافي ولا تحزني إنا رادوه إليك وجاعلوه من المرسلين |
| | | Biz Musanın anasına (ilham yolu ilə, yaxud rö’yada): “Onu (Musanı) əmizdir; elə ki ondan ötrü qorxdun, onu dəryaya (Nil çayına) at. (Uşağın suda boğulacağından) qorxma və (ayrılığına da) kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü də (şəriət sahibi olan) peyğəmbərlərdən edəcəyik!” – deyə bildirdik. |
|
3260 | 28 | 8 | فالتقطه آل فرعون ليكون لهم عدوا وحزنا إن فرعون وهامان وجنودهما كانوا خاطئين |
| | | (Musa doğulduqdan sonra anası bir müddət onu əmizdirdi, sonra mamaçanın onun oğlu olduğunu Fir’ona xəbər verəcəyindən qorxaraq körpəsini bir sandığa qoyub Allaha dua edərək Nil çayına atdı. Bu zaman Fir’on zövcəsi ilə oturub Nilə tamaşa edirdi. Suyun üzündə bir sandığın üzdüyünü görən Fir’on xidmətçilərə onu tutub gətirməyi əmr etdi). Fir’onun adamları axırda özlərinə düşmən kəsiləcək və başlarına bəla olacaq Musanı (içində olduğu sandıqla birlikdə) götürüb gəldilər. Həqiqətən, Fir’on, Haman və onların əsgərləri (küfr etdiklərinə, mə’sum uşaqları öldürdüklərinə görə) günahkar idilər. |
|
3261 | 28 | 9 | وقالت امرأت فرعون قرت عين لي ولك لا تقتلوه عسى أن ينفعنا أو نتخذه ولدا وهم لا يشعرون |
| | | Fir’onun qadını (Asiyə) dedi: “Bu uşaq mənim də, sənin də göz bəbəyimiz (gözaydınlığımız, gözümüzə sevinc olsun). Onu öldürməyin. Ola bilsin ki, (o böyüyəndə) bizə bir fayda verər, yaxud da onu oğulluğa götürərik!” Onlar (işin nə yerdə olduğunu, bu uşağın əlində həlak olacaqlarını) bilmirdilər. |
|
3262 | 28 | 10 | وأصبح فؤاد أم موسى فارغا إن كادت لتبدي به لولا أن ربطنا على قلبها لتكون من المؤمنين |
| | | (Oğlunun Fir’onun əlinə düşdüyünü bildikdən sonra) Musanın anasının ürəyi bomboş (sevimli balasının fikrindən başqa hər şeydən xali) olmuşdu. Əgər (Allahın və’dinə) inananlardan olsun deyə, ürəyinə səbir (səbat) əta etməsəydik, az qala onu (saraya gətirilmiş körpənin özünkü olduğunu) büruzə verəcəkdi. (Dəhşətindən və ya sevincindən: “Bu uşaq mənimdir!” – deyəcəkdi). |
|
3263 | 28 | 11 | وقالت لأخته قصيه فبصرت به عن جنب وهم لا يشعرون |
| | | O, (Musanın Məryəm, yaxud Gülsüm adlı) bacısına: “Onun dalınca get! (Əhvalatdan xəbər tut!)” – dedi. O da (saraya yol tapıb Fir’onun adamları onun kim olduğunu) hiss etmədən uzaqdan-uzağa (Musanı) gördü. |
|