نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3164 | 27 | 5 | أولئك الذين لهم سوء العذاب وهم في الآخرة هم الأخسرون |
| | | Bunlar əzabı ağır olacaq kimsələrdir; Axirətdə ən çox ziyana uğrayacaq kəslər də elə onlardır. |
|
3165 | 27 | 6 | وإنك لتلقى القرآن من لدن حكيم عليم |
| | | Həqiqətən, sən Quranı Müdrik və Bilən Allahdan alırsan. |
|
3166 | 27 | 7 | إذ قال موسى لأهله إني آنست نارا سآتيكم منها بخبر أو آتيكم بشهاب قبس لعلكم تصطلون |
| | | Bir zaman Musa öz ailəsinə: “Mən, doğrudan da, bir od gördüm. Qoy gedib ondan sizə bir xəbər və ya bir köz gətirim ki, qızınasınız”– demişdi. |
|
3167 | 27 | 8 | فلما جاءها نودي أن بورك من في النار ومن حولها وسبحان الله رب العالمين |
| | | Musa oraya gəlib çatanda ona nida gəldi: “Odun içindəki də, ətrafındakı da mübarəkdirlər. Aləmlərin Rəbbi olan Allah pak və müqəddəsdir! |
|
3168 | 27 | 9 | يا موسى إنه أنا الله العزيز الحكيم |
| | | Ey Musa! Qüdrətli, Müdrik Allah Mənəm! |
|
3169 | 27 | 10 | وألق عصاك فلما رآها تهتز كأنها جان ولى مدبرا ولم يعقب يا موسى لا تخف إني لا يخاف لدي المرسلون |
| | | Əsanı yerə at!” Musa onun ilan kimi qıvrıldığını gördükdə dönüb qaçdı və geriyə də dönmədi. Allah dedi: “Ey Musa! Qorxma! Elçilər Mənim hüzurumda qorxmazlar. |
|
3170 | 27 | 11 | إلا من ظلم ثم بدل حسنا بعد سوء فإني غفور رحيم |
| | | Ancaq kim haqsızlıq edib sonra da pisliyin əvəzinə yaxşılıq edərsə, bilsin ki, Mən Bağışlayanam, Rəhmliyəm! |
|
3171 | 27 | 12 | وأدخل يدك في جيبك تخرج بيضاء من غير سوء في تسع آيات إلى فرعون وقومه إنهم كانوا قوما فاسقين |
| | | Əlini qoynuna sal ki, əlin oradan ləkəsiz, ağappaq çıxsın. Firona və onun tayfasına göndərilən doqquz möcüzədən biri budur. Həqiqətən, onlar fasiq bir tayfadır!” |
|
3172 | 27 | 13 | فلما جاءتهم آياتنا مبصرة قالوا هذا سحر مبين |
| | | Möcüzələrimiz onlara aşkar şəkildə göstərildikdə: “Bu, açıq-aydın bir sehrdir!”– dedilər. |
|
3173 | 27 | 14 | وجحدوا بها واستيقنتها أنفسهم ظلما وعلوا فانظر كيف كان عاقبة المفسدين |
| | | Buna qəti inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər. Gör fəsad törədənlərin aqibəti necə oldu! |
|