نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3154 | 26 | 222 | تنزل على كل أفاك أثيم |
| | | Onlar hər bir yalançıya, günahkara nazil olarlar. |
|
3155 | 26 | 223 | يلقون السمع وأكثرهم كاذبون |
| | | (Şeytanlar mələklərdən oğrun-oğrun) eşitdikləri (adda-budda) sözləri onlara təlqin edərlər. (Yaxud kahinlər şeytanların uydurmalarına qulaq asarlar). Onların əksəriyyəti yalançıdır! |
|
3156 | 26 | 224 | والشعراء يتبعهم الغاوون |
| | | (Müşrik və kafir) şairlərə gəlincə, onlara yalnız azğınlar uyar! |
|
3157 | 26 | 225 | ألم تر أنهم في كل واد يهيمون |
| | | Məgər görmürsənmi ki, onlar hər bir vadidə sərgərdan gəzib-dolaşırlar? (Hər tərəfə meyl edir, birini yalandan mədh, digərini isə əbəs yerə həcv edirlər!) |
|
3158 | 26 | 226 | وأنهم يقولون ما لا يفعلون |
| | | Və onlar etmədikləri şeyləri deyirlər! (Onların dediklərinin əksəriyyəti yalandır!) |
|
3159 | 26 | 227 | إلا الذين آمنوا وعملوا الصالحات وذكروا الله كثيرا وانتصروا من بعد ما ظلموا وسيعلم الذين ظلموا أي منقلب ينقلبون |
| | | Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını alanlardan başqa! Zülm edənlər isə (öləndən sonra) hansı dönüşə dönəcəklərini (hara qayıdacaqlarını, aqibətlərinin necə olacağını, hansı inqilabla sarsılacaqlarını) mütləq biləcəklər! |
|
3160 | 27 | 1 | بسم الله الرحمن الرحيم طس تلك آيات القرآن وكتاب مبين |
| | | Ta, Sin! Bu, Qur’anın və (haqqı batildən ayıran) açıq-aydın bir Kitabın ayələridir! |
|
3161 | 27 | 2 | هدى وبشرى للمؤمنين |
| | | Mö’minlərə (doğru yol göstərən) rəhbər və (Cənnətlə) müjdədir. |
|
3162 | 27 | 3 | الذين يقيمون الصلاة ويؤتون الزكاة وهم بالآخرة هم يوقنون |
| | | O kəslər ki, (vaxtlı-vaxtında, lazımınca) namaz aılır, zəkat verir və axirətə möhkəm inanırlar. |
|
3163 | 27 | 4 | إن الذين لا يؤمنون بالآخرة زينا لهم أعمالهم فهم يعمهون |
| | | Həqiqətən, axirətə inanmayanların (pis) əməllərini özlərinə yaxşı göstərdik. Onlar (öz azğınlıqları içərisində) şaşqın bir vəziyyətdədirlər. |
|