نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3145 | 26 | 213 | فلا تدع مع الله إلها آخر فتكون من المعذبين |
| | | Odur ki, Allahla yanaşı başqa bir məbuda ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan. |
|
3146 | 26 | 214 | وأنذر عشيرتك الأقربين |
| | | Ən yaxın qohumlarını qorxut! |
|
3147 | 26 | 215 | واخفض جناحك لمن اتبعك من المؤمنين |
| | | Sənə tabe olan möminləri qanadının altına al (onlara qarşı təvazökar ol)! |
|
3148 | 26 | 216 | فإن عصوك فقل إني بريء مما تعملون |
| | | Əgər onlar sənə asi olsalar, de: “Şübhəsiz ki, mən sizin etdiyiniz əməllərdən uzağam!” |
|
3149 | 26 | 217 | وتوكل على العزيز الرحيم |
| | | Qüdrətli və Rəhmli olana təvəkkül et! |
|
3150 | 26 | 218 | الذي يراك حين تقوم |
| | | O səni namaza duranda da görür, |
|
3151 | 26 | 219 | وتقلبك في الساجدين |
| | | səcdə edənlər içində hərəkət edəndə də. |
|
3152 | 26 | 220 | إنه هو السميع العليم |
| | | Həqiqətən də, O, Eşidəndir, Biləndir! |
|
3153 | 26 | 221 | هل أنبئكم على من تنزل الشياطين |
| | | Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? |
|
3154 | 26 | 222 | تنزل على كل أفاك أثيم |
| | | Onlar hər bir yalançıya və günahkara nazil olarlar. |
|