نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3114 | 26 | 182 | وزنوا بالقسطاس المستقيم |
| | | Düz tərəzi ilə çəkin! |
|
3115 | 26 | 183 | ولا تبخسوا الناس أشياءهم ولا تعثوا في الأرض مفسدين |
| | | İnsanların haqqını azaltmayın! (Camaatın malını əskiltməyin. Kimin haqqı nədirsə, onu da verin!) Yer üzündə fitnə-fəsad törətməyin! |
|
3116 | 26 | 184 | واتقوا الذي خلقكم والجبلة الأولين |
| | | Və sizi də, sizdən əvvəlki nəsilləri də yaradandan qorxun!” |
|
3117 | 26 | 185 | قالوا إنما أنت من المسحرين |
| | | Onlar dedilər: “Həqiqətən, sən (əməlli-başlı) ovsunlanmışlardansan! (Divanənin birisən! Sən hara, peyğəmbərlik hara?) |
|
3118 | 26 | 186 | وما أنت إلا بشر مثلنا وإن نظنك لمن الكاذبين |
| | | Sən də bizim kimi adi bir insansan! Bizə elə gəlir ki, sən yalançının birisən! |
|
3119 | 26 | 187 | فأسقط علينا كسفا من السماء إن كنت من الصادقين |
| | | Əgər, doğru danışanlardansansa (həqiqi peyğəmbərsənsə), göyün bir parçasını üstümüzə endir!” |
|
3120 | 26 | 188 | قال ربي أعلم بما تعملون |
| | | (Şüeyb) dedi: “Sizin nələr etdiyinizi Rəbbim daha yaxşı bilir!” |
|
3121 | 26 | 189 | فكذبوه فأخذهم عذاب يوم الظلة إنه كان عذاب يوم عظيم |
| | | Nəhayət, onu (Şüeybi) təkzib etdilər və buna görə də buludlu günün (qızmar günəşdən sonra peyda olan qara buludun) əzabı onları yaxaladı. Həqiqətən, o, böyük (müdhiş) bir günün əzabı idi. |
|
3122 | 26 | 190 | إن في ذلك لآية وما كان أكثرهم مؤمنين |
| | | Şübhəsiz ki, bunda (Şüeybin bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi. |
|
3123 | 26 | 191 | وإن ربك لهو العزيز الرحيم |
| | | Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!) |
|