نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3096 | 26 | 164 | وما أسألكم عليه من أجر إن أجري إلا على رب العالمين |
| | | Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir! |
|
3097 | 26 | 165 | أتأتون الذكران من العالمين |
| | | Doğrudanmı siz bəşər övladından yalnız erkəklərlə yaxınlıq edirsiniz? |
|
3098 | 26 | 166 | وتذرون ما خلق لكم ربكم من أزواجكم بل أنتم قوم عادون |
| | | Və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz (günah etməklə) həddi aşan bir camaatsınız!” |
|
3099 | 26 | 167 | قالوا لئن لم تنته يا لوط لتكونن من المخرجين |
| | | Onlar dedilər: “Ey Lut! Əgər (bu sözlərinə, bizi danlamağa) son qoymasan, (öz yurdundan) mütləq qovulacaqsan!” |
|
3100 | 26 | 168 | قال إني لعملكم من القالين |
| | | (Lut) dedi: “Həqiqətən, mən sizin əməlinizə nifrət edənlərdənəm! |
|
3101 | 26 | 169 | رب نجني وأهلي مما يعملون |
| | | Ey Rəbbim! Məni və ailəmi bunların gördüyü (pis) işdən (onların bəd əməllərinin cəzasından) qurtar!” |
|
3102 | 26 | 170 | فنجيناه وأهله أجمعين |
| | | Artıq Lutu və bütün ailəsini (əzabdan) xilas etdik. |
|
3103 | 26 | 171 | إلا عجوزا في الغابرين |
| | | Ancaq geridə qalan bir qadın (Lutun günahkar övrəti) istisna olmaqla! |
|
3104 | 26 | 172 | ثم دمرنا الآخرين |
| | | Sonra da o biriləri məhv edib kökünü kəsdik. |
|
3105 | 26 | 173 | وأمطرنا عليهم مطرا فساء مطر المنذرين |
| | | Onların üstünə (qızmar daşdan) bir yağış yağdırdıq. (Peyğəmbər tərəfindən Allahın əzabı ilə) qorxudulanların yağışı nə yaman yağışdır! |
|