نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3089 | 26 | 157 | فعقروها فأصبحوا نادمين |
| | | Amma onlar (dəvəni) tutub kəsdilər, sonra da (əzab qorxusu ilə) peşman oldular. |
|
3090 | 26 | 158 | فأخذهم العذاب إن في ذلك لآية وما كان أكثرهم مؤمنين |
| | | Artıq əzab onları yaxaladı (hamısı məhv oldu). Şübhəsiz ki, bunda (Salehin bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi. |
|
3091 | 26 | 159 | وإن ربك لهو العزيز الرحيم |
| | | Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!) |
|
3092 | 26 | 160 | كذبت قوم لوط المرسلين |
| | | Lut tayfası da peyğəmbərləri təkzib etdi. |
|
3093 | 26 | 161 | إذ قال لهم أخوهم لوط ألا تتقون |
| | | O zaman ki, qardaşları Lut onlara dedi: “Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı saydığınıza görə Allahın əzabından) qorxmursunuz? |
|
3094 | 26 | 162 | إني لكم رسول أمين |
| | | Şübhəsiz ki, mən sizin üçün e’tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Və’dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!) |
|
3095 | 26 | 163 | فاتقوا الله وأطيعون |
| | | Artıq Allahdan qorxun və mənə itaət edin! |
|
3096 | 26 | 164 | وما أسألكم عليه من أجر إن أجري إلا على رب العالمين |
| | | Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir! |
|
3097 | 26 | 165 | أتأتون الذكران من العالمين |
| | | Doğrudanmı siz bəşər övladından yalnız erkəklərlə yaxınlıq edirsiniz? |
|
3098 | 26 | 166 | وتذرون ما خلق لكم ربكم من أزواجكم بل أنتم قوم عادون |
| | | Və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz (günah etməklə) həddi aşan bir camaatsınız!” |
|