نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3087 | 26 | 155 | قال هذه ناقة لها شرب ولكم شرب يوم معلوم |
| | | Saleh dedi: “Möcüzə bu dişi dəvədir! Onun da, sizin də müəyyən edilmiş vaxtlarda su içmək haqqınız vardır. (Bir gün o, su içməli, bir gün də siz içməlisiniz). |
|
3088 | 26 | 156 | ولا تمسوها بسوء فيأخذكم عذاب يوم عظيم |
| | | Ona heç bir pislik etməyin, yoxsa böyük günün əzabı sizi yaxalayar”. |
|
3089 | 26 | 157 | فعقروها فأصبحوا نادمين |
| | | Onlar dəvənin diz vətərini kəsdilər, sonra da peşman oldular. |
|
3090 | 26 | 158 | فأخذهم العذاب إن في ذلك لآية وما كان أكثرهم مؤمنين |
| | | Əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi. |
|
3091 | 26 | 159 | وإن ربك لهو العزيز الرحيم |
| | | Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir. |
|
3092 | 26 | 160 | كذبت قوم لوط المرسلين |
| | | Lut tayfası da elçiləri yalançı saydı. |
|
3093 | 26 | 161 | إذ قال لهم أخوهم لوط ألا تتقون |
| | | O vaxt qardaşları Lut onlara dedi: “Məgər qorxmursunuz? |
|
3094 | 26 | 162 | إني لكم رسول أمين |
| | | Həqiqətən, mən sizin üçün etibar edilməli bir elçiyəm. |
|
3095 | 26 | 163 | فاتقوا الله وأطيعون |
| | | Allahdan qorxun və mənə itaət edin! |
|
3096 | 26 | 164 | وما أسألكم عليه من أجر إن أجري إلا على رب العالمين |
| | | Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir. |
|