نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3082 | 26 | 150 | فاتقوا الله وأطيعون |
| | | Allahdan qorxun və mənə itaət edin! |
|
3083 | 26 | 151 | ولا تطيعوا أمر المسرفين |
| | | Həddi aşanların əmrinə tabe olmayın. |
|
3084 | 26 | 152 | الذين يفسدون في الأرض ولا يصلحون |
| | | Onlar yer üzündə fəsad törədir və özlərini günahdan təmizləmirlər”. |
|
3085 | 26 | 153 | قالوا إنما أنت من المسحرين |
| | | Onlar dedilər: “Sən yalnız və yalnız sehrlənmişlərdənsən. |
|
3086 | 26 | 154 | ما أنت إلا بشر مثلنا فأت بآية إن كنت من الصادقين |
| | | Sən də bizim kimi ancaq bir insansan. Əgər doğru danışanlardansansa, bizə bir möcüzə göstər”. |
|
3087 | 26 | 155 | قال هذه ناقة لها شرب ولكم شرب يوم معلوم |
| | | Saleh dedi: “Möcüzə bu dişi dəvədir! Onun da, sizin də müəyyən edilmiş vaxtlarda su içmək haqqınız vardır. (Bir gün o, su içməli, bir gün də siz içməlisiniz). |
|
3088 | 26 | 156 | ولا تمسوها بسوء فيأخذكم عذاب يوم عظيم |
| | | Ona heç bir pislik etməyin, yoxsa böyük günün əzabı sizi yaxalayar”. |
|
3089 | 26 | 157 | فعقروها فأصبحوا نادمين |
| | | Onlar dəvənin diz vətərini kəsdilər, sonra da peşman oldular. |
|
3090 | 26 | 158 | فأخذهم العذاب إن في ذلك لآية وما كان أكثرهم مؤمنين |
| | | Əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi. |
|
3091 | 26 | 159 | وإن ربك لهو العزيز الرحيم |
| | | Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir. |
|