نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3069 | 26 | 137 | إن هذا إلا خلق الأولين |
| | | Bu (bizdən) əvvəlkilərin adətindən (gördükləri işlərdən) başqa bir şey deyildir! (Yaxud bizə dediyin bu sözlər qədimlərin uydurmalarından başqa bir şey deyildir!) |
|
3070 | 26 | 138 | وما نحن بمعذبين |
| | | Və biz əzaba da düçar olmayacağıq!” |
|
3071 | 26 | 139 | فكذبوه فأهلكناهم إن في ذلك لآية وما كان أكثرهم مؤمنين |
| | | Onu (Hudu) yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda (Hudun bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi. |
|
3072 | 26 | 140 | وإن ربك لهو العزيز الرحيم |
| | | Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!) |
|
3073 | 26 | 141 | كذبت ثمود المرسلين |
| | | Səmud tayfası da peyğəmbərləri təkzib etdi. |
|
3074 | 26 | 142 | إذ قال لهم أخوهم صالح ألا تتقون |
| | | O vaxt ki, qardaşları Saleh onlara dedi: “Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı hesab etdiyinizə görə Allahın əzabından) qorxmursunuz? |
|
3075 | 26 | 143 | إني لكم رسول أمين |
| | | Şübhəsiz ki, mən sizin üçün e’tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Və’dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!) |
|
3076 | 26 | 144 | فاتقوا الله وأطيعون |
| | | Artıq Allahdan qorxun və mənə itaət edin! |
|
3077 | 26 | 145 | وما أسألكم عليه من أجر إن أجري إلا على رب العالمين |
| | | Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir! |
|
3078 | 26 | 146 | أتتركون في ما هاهنا آمنين |
| | | Məgər siz elə burada onların içində arxayınlıqla qalacaqsınız? |
|