نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3012 | 26 | 80 | وإذا مرضت فهو يشفين |
| | | Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir. |
|
3013 | 26 | 81 | والذي يميتني ثم يحيين |
| | | Məni öldürəcək, sonra (yenidən) dirildəcək Odur. |
|
3014 | 26 | 82 | والذي أطمع أن يغفر لي خطيئتي يوم الدين |
| | | Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur! |
|
3015 | 26 | 83 | رب هب لي حكما وألحقني بالصالحين |
| | | Ey Rəbbim! Mənə hikmət (peyğəmbərlik, elm) bəxş et və məni (Sənin rizanı qazanmış) salehlərlə (yaxşılar zümrəsinə) qovuşdur! |
|
3016 | 26 | 84 | واجعل لي لسان صدق في الآخرين |
| | | Sonra gələnlər arasında mənə yaxşı ad qismət elə! (Gələcək nəsillər məni həmişə yad etsinlər, xatirimi əziz tutub adımı hörmətlə çəksinlər!) |
|
3017 | 26 | 85 | واجعلني من ورثة جنة النعيم |
| | | Məni Nəim cənnətlərinin varislərindən et! |
|
3018 | 26 | 86 | واغفر لأبي إنه كان من الضالين |
| | | Atamı bağışla! Şübhəsiz ki, o, (haqq yolu) azanlardan oldu! |
|
3019 | 26 | 87 | ولا تخزني يوم يبعثون |
| | | (İnsanların qəbirlərindən çıxardılıb) dirildəcəyi gün (qiyamət günü) məni zəlil (rüsvay) etmə! |
|
3020 | 26 | 88 | يوم لا ينفع مال ولا بنون |
| | | O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər! |
|
3021 | 26 | 89 | إلا من أتى الله بقلب سليم |
| | | Ancaq sağlam (təmiz, daxilində şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan) bir qəlblə Allahın hüzuruna gələn kimsədən (mö’minlərdən) başqa!” |
|