نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3006 | 26 | 74 | قالوا بل وجدنا آباءنا كذلك يفعلون |
| | | Onlar: “Xeyr, ancaq biz öz atalarımızın belə (ibadət) etdiklərini gördük!” – deyə cavab vermişdilər. |
|
3007 | 26 | 75 | قال أفرأيتم ما كنتم تعبدون |
| | | (İbrahim) demişdi: “İndi nəyə ibadət etdiyinizi görürsünüzmü?- |
|
3008 | 26 | 76 | أنتم وآباؤكم الأقدمون |
| | | Sizin və ulu babalarınızın? |
|
3009 | 26 | 77 | فإنهم عدو لي إلا رب العالمين |
| | | Aləmlərin Rəbbi istisna olmaqla, onlar (sizin bütləriniz) mənim düşmənimdir. |
|
3010 | 26 | 78 | الذي خلقني فهو يهدين |
| | | Məni yaradan və məni doğru yola yönəldən Odur! |
|
3011 | 26 | 79 | والذي هو يطعمني ويسقين |
| | | Məni yedirdən də, içirdən də Odur! |
|
3012 | 26 | 80 | وإذا مرضت فهو يشفين |
| | | Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir. |
|
3013 | 26 | 81 | والذي يميتني ثم يحيين |
| | | Məni öldürəcək, sonra (yenidən) dirildəcək Odur. |
|
3014 | 26 | 82 | والذي أطمع أن يغفر لي خطيئتي يوم الدين |
| | | Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur! |
|
3015 | 26 | 83 | رب هب لي حكما وألحقني بالصالحين |
| | | Ey Rəbbim! Mənə hikmət (peyğəmbərlik, elm) bəxş et və məni (Sənin rizanı qazanmış) salehlərlə (yaxşılar zümrəsinə) qovuşdur! |
|