نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3001 | 26 | 69 | واتل عليهم نبأ إبراهيم |
| | | Onlara İbrahimin əhvalatını da oxu. |
|
3002 | 26 | 70 | إذ قال لأبيه وقومه ما تعبدون |
| | | Bir zaman o öz atasına və tayfasına: “Nəyə ibadət edirsiniz?”– demişdi. |
|
3003 | 26 | 71 | قالوا نعبد أصناما فنظل لها عاكفين |
| | | Onlar dedilər: “Biz bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik”. |
|
3004 | 26 | 72 | قال هل يسمعونكم إذ تدعون |
| | | O dedi: “Onlara yalvardığınız zaman sizi eşidirlərmi? |
|
3005 | 26 | 73 | أو ينفعونكم أو يضرون |
| | | Yaxud sizə xeyir və ya zərər verirlərmi?” |
|
3006 | 26 | 74 | قالوا بل وجدنا آباءنا كذلك يفعلون |
| | | Onlar dedilər: “Xeyr, amma biz öz atalarımızın belə etdiklərini gördük”. |
|
3007 | 26 | 75 | قال أفرأيتم ما كنتم تعبدون |
| | | O dedi: “Siz nəyə ibadət etdiyinizi görürsünüzmü – |
|
3008 | 26 | 76 | أنتم وآباؤكم الأقدمون |
| | | həm siz, həm də ulu babalarınız? |
|
3009 | 26 | 77 | فإنهم عدو لي إلا رب العالمين |
| | | Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir. |
|
3010 | 26 | 78 | الذي خلقني فهو يهدين |
| | | O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir; |
|