نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2971 | 26 | 39 | وقيل للناس هل أنتم مجتمعون |
| | | (Fir’onun xidmətçiləri tərəfindən camaata) deyildi: “Siz də yığılırsınızmı? |
|
2972 | 26 | 40 | لعلنا نتبع السحرة إن كانوا هم الغالبين |
| | | Əgər sehrbazlar (Musaya) üstün gəlsələr, güman ki, biz də onlara tabe olarıq!” |
|
2973 | 26 | 41 | فلما جاء السحرة قالوا لفرعون أئن لنا لأجرا إن كنا نحن الغالبين |
| | | Sehrbazlar gələn kimi Fir’ona dedilər: “Əgər biz (Musaya) qalib gəlsək, yəqin ki, bizə bir muzd (mükafat) veriləcək, elə deyilmi?” |
|
2974 | 26 | 42 | قال نعم وإنكم إذا لمن المقربين |
| | | (Fir’on) dedi: “Bəli! Və üstəlik siz (mənə) yaxın adamlar olacaqsınız!” |
|
2975 | 26 | 43 | قال لهم موسى ألقوا ما أنتم ملقون |
| | | Musa onlara dedi: “(Sehr alətlərinizdən yerə) nə atacaqsınız, atın!” |
|
2976 | 26 | 44 | فألقوا حبالهم وعصيهم وقالوا بعزة فرعون إنا لنحن الغالبون |
| | | Onlar iplərini və əsalarını yerə atıb: “Fir’onun şan-şövkətinə (qüdrətinə) and olsun ki, biz üstün gələcəyik!” – dedilər. |
|
2977 | 26 | 45 | فألقى موسى عصاه فإذا هي تلقف ما يأفكون |
| | | Bundan sonra Musa da əsasını (yerə) atdı. (Əsa) dərhal (bir əjdaha olub) onların hoqqabazlıqla düzəltdiyi şeyləri uddu. |
|
2978 | 26 | 46 | فألقي السحرة ساجدين |
| | | Sehrbazlar (bunu görən kimi) səcdəyə qapandılar. |
|
2979 | 26 | 47 | قالوا آمنا برب العالمين |
| | | Və dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə! |
|
2980 | 26 | 48 | رب موسى وهارون |
| | | Musanın və Harunun Rəbbinə!” |
|