نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2955 | 26 | 23 | قال فرعون وما رب العالمين |
| | | Fir’on dedi: “Aləmlərin Rəbbi nədir? (Nə cür şeydir?)” |
|
2956 | 26 | 24 | قال رب السماوات والأرض وما بينهما إن كنتم موقنين |
| | | (Musa:) “Əgər yəqin inanacaqsınızsa, (bilin ki) O, göylərin, yerin və onlar arasında olanların (bütün məxluqatın) Rəbbidir!” – deyə cavab verdi. |
|
2957 | 26 | 25 | قال لمن حوله ألا تستمعون |
| | | (Fir’on) ətrafındakılara: “Eşitdinizmi?” – dedi. (Musanın cavabı mənim sualıma uyğun gəlmir. Mən ondan aləmlərin Rəbbinin mahiyyəti, keyfiyyəti və cinsi barəsində soruşuram, o isə mənə Onun sifətləri, əməlləri haqqında cavab verir). |
|
2958 | 26 | 26 | قال ربكم ورب آبائكم الأولين |
| | | (Musa) dedi: “O sizin də, ulu babalarınızın (keçmiş atalarınızın) da Rəbbidir!” |
|
2959 | 26 | 27 | قال إن رسولكم الذي أرسل إليكم لمجنون |
| | | (Fir’on ətrafındakılara:) “Sizə göndərilmiş peyğəmbər, şübhəsiz ki, divanədir!” – dedi. |
|
2960 | 26 | 28 | قال رب المشرق والمغرب وما بينهما إن كنتم تعقلون |
| | | (Musa) dedi: “Əgər (ağıllı-başlı) düşünə bilirsinizsə, (anlayın ki) O, şərqin, qərbin və onların ikisinin arasında olanların Rəbbidir!” |
|
2961 | 26 | 29 | قال لئن اتخذت إلها غيري لأجعلنك من المسجونين |
| | | (Fir’on:) “Əgər məndən başqa tanrı qəbul etsən, səni mütləq dustaq edəcəyəm!” – dedi. |
|
2962 | 26 | 30 | قال أولو جئتك بشيء مبين |
| | | (Musa) dedi: “Əgər sənə (dediklərimin doğru olduğunu sübut edəcək) açıq-aşkar bir şey (dəlil) gətirsəm necə?” |
|
2963 | 26 | 31 | قال فأت به إن كنت من الصادقين |
| | | (Fir’on) “Əgər doğru deyirsənsə, di onu gətir!” – dedi. |
|
2964 | 26 | 32 | فألقى عصاه فإذا هي ثعبان مبين |
| | | (Musa) əsasını (yerə) atan kimi, o dərhal açıq-aşkar bir əjdaha oldu. |
|