نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2950 | 26 | 18 | قال ألم نربك فينا وليدا ولبثت فينا من عمرك سنين |
| | | (Musa Harunla Fir’onun yanına gedib bu sözləri deyəndən sonra Fir’on onu tanıyıb) dedi: “Biz səni körpə uşaqkən yanımıza alıb böyütmədikmi? Sən illərcə yanımızda qalmadınmı? |
|
2951 | 26 | 19 | وفعلت فعلتك التي فعلت وأنت من الكافرين |
| | | Axırda elədiyini də elədin (bir qibtini vurub öldürdün). Sən nankorun birisən!” |
|
2952 | 26 | 20 | قال فعلتها إذا وأنا من الضالين |
| | | (Musa) dedi: “Mən onu edərkən cahillərdən idim. (Mənə hələ peyğəmbərlik bəxş edilməmiş, Tövrat nazil olmamışdı). |
|
2953 | 26 | 21 | ففررت منكم لما خفتكم فوهب لي ربي حكما وجعلني من المرسلين |
| | | Buna görə də sizdən qorxub qaçdım. Sonra Rəbbim mənə hikmət (peyğəmbərlik) ehsan buyurdu və məni şəriət sahibi olan peyğəmbərlərdən etdi. |
|
2954 | 26 | 22 | وتلك نعمة تمنها علي أن عبدت بني إسرائيل |
| | | Boynuma minnət qoyduğun bu ne’mət də (məni sərbəst buraxıb) İsrail oğullarını (özünə) qul etdiyinə görədir. (İsrail övladını kölə etdiyin halda, məni öz yanına alıb böyütdüyünü başımamı qaxırsan?)” |
|
2955 | 26 | 23 | قال فرعون وما رب العالمين |
| | | Fir’on dedi: “Aləmlərin Rəbbi nədir? (Nə cür şeydir?)” |
|
2956 | 26 | 24 | قال رب السماوات والأرض وما بينهما إن كنتم موقنين |
| | | (Musa:) “Əgər yəqin inanacaqsınızsa, (bilin ki) O, göylərin, yerin və onlar arasında olanların (bütün məxluqatın) Rəbbidir!” – deyə cavab verdi. |
|
2957 | 26 | 25 | قال لمن حوله ألا تستمعون |
| | | (Fir’on) ətrafındakılara: “Eşitdinizmi?” – dedi. (Musanın cavabı mənim sualıma uyğun gəlmir. Mən ondan aləmlərin Rəbbinin mahiyyəti, keyfiyyəti və cinsi barəsində soruşuram, o isə mənə Onun sifətləri, əməlləri haqqında cavab verir). |
|
2958 | 26 | 26 | قال ربكم ورب آبائكم الأولين |
| | | (Musa) dedi: “O sizin də, ulu babalarınızın (keçmiş atalarınızın) da Rəbbidir!” |
|
2959 | 26 | 27 | قال إن رسولكم الذي أرسل إليكم لمجنون |
| | | (Fir’on ətrafındakılara:) “Sizə göndərilmiş peyğəmbər, şübhəsiz ki, divanədir!” – dedi. |
|