نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2935 | 26 | 3 | لعلك باخع نفسك ألا يكونوا مؤمنين |
| | | (Ya Rəsulum! Məkkə müşrikləri) iman gətirməyəcəklər deyə, bəlkə, özünü həlak edəsən?! (Özünü həlakmı edəcəksən?) |
|
2936 | 26 | 4 | إن نشأ ننزل عليهم من السماء آية فظلت أعناقهم لها خاضعين |
| | | Əgər istəsək, göydən onlara bir ayə (dəlil) göndərərik, onlar da ona (səssiz-səmirsiz) boyun əyib durarlar. |
|
2937 | 26 | 5 | وما يأتيهم من ذكر من الرحمن محدث إلا كانوا عنه معرضين |
| | | Onlara Rəhmandan (rəhmli olan Allahdan) elə bir öyüd-nəsihət (xəbərdarlıq) gəlməz ki, ondan üz döndərməsinlər. |
|
2938 | 26 | 6 | فقد كذبوا فسيأتيهم أنباء ما كانوا به يستهزئون |
| | | Onlar (Qur’anı) yalan hesab etdilər. Onların istehza etdiklərinin (Qur’anın müşriklərə veriləcək əzab barəsindəki) xəbərləri gəlib onlara çatacaqdır. (Qiyamət günü, yaxud Bədr döyüşündə büsbütün mə’yus olacaqlar). |
|
2939 | 26 | 7 | أولم يروا إلى الأرض كم أنبتنا فيها من كل زوج كريم |
| | | Məgər onlar yer üzünə baxıb orada növbənöv gözəl (bitkilər və meyvələr) yetişdirdiyimizi görmürlərmi? |
|
2940 | 26 | 8 | إن في ذلك لآية وما كان أكثرهم مؤمنين |
| | | Şübhəsiz ki, bunda (Qur’anı və Peyğəmbəri təkzib edənlər üçün Allahın vəhdaniyyətinə, qüdrətinə dəlalət edən) bir əlamət vardır. Lakin onların əksəriyyəti iman gətirməzlər. |
|
2941 | 26 | 9 | وإن ربك لهو العزيز الرحيم |
| | | Həqiqətən, Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!) |
|
2942 | 26 | 10 | وإذ نادى ربك موسى أن ائت القوم الظالمين |
| | | (Ya Rəsulum!) Yadına gətir ki, bir zaman Rəbbin Musaya belə buyurmuşdu: “Get o zalım tayfanın yanına – |
|
2943 | 26 | 11 | قوم فرعون ألا يتقون |
| | | Fir’on tayfasının yanına (və onlara de ki, Məni qoyub başqalarına ibadət etməkdən, İsrail övladlarına əziyyət verməkdən) məgər qorxmurlar?” |
|
2944 | 26 | 12 | قال رب إني أخاف أن يكذبون |
| | | (Musa) dedi: “Ey Rəbbim! Onların məni yalançı sayacaqlarından qorxuram! |
|