نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2927 | 25 | 72 | والذين لا يشهدون الزور وإذا مروا باللغو مروا كراما |
| | | Onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə oradan ləyaqətlə ötüb keçərlər. |
|
2928 | 25 | 73 | والذين إذا ذكروا بآيات ربهم لم يخروا عليها صما وعميانا |
| | | Onlara Rəbbinin ayələri xatırlandığı zaman o ayələrə qarşı kar və kor kimi davranmazlar. |
|
2929 | 25 | 74 | والذين يقولون ربنا هب لنا من أزواجنا وذرياتنا قرة أعين واجعلنا للمتقين إماما |
| | | Onlar deyərlər: “Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!” |
|
2930 | 25 | 75 | أولئك يجزون الغرفة بما صبروا ويلقون فيها تحية وسلاما |
| | | Onlar səbir etdiklərinə görə Cənnətdə olan yüksək məqamla mükafatlandırılacaq, orada xeyir-dua ilə, salamla qarşılanacaqlar. |
|
2931 | 25 | 76 | خالدين فيها حسنت مستقرا ومقاما |
| | | Onlar orada əbədi qalacaqlar. Ora nə gözəl məskən, necə də gözəl iqamətgahdır! |
|
2932 | 25 | 77 | قل ما يعبأ بكم ربي لولا دعاؤكم فقد كذبتم فسوف يكون لزاما |
| | | De: “Əgər yalvarmağınız olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi. Siz haqqı yalan saydınız. Ona görə də əzab sizi rahat buraxmayacaqdır!” |
|
2933 | 26 | 1 | بسم الله الرحمن الرحيم طسم |
| | | Ta. Sin. Mim. |
|
2934 | 26 | 2 | تلك آيات الكتاب المبين |
| | | Bunlar aydın Kitabın ayələridir. |
|
2935 | 26 | 3 | لعلك باخع نفسك ألا يكونوا مؤمنين |
| | | Onların iman gətirmədiyinə görə özünü həlakmı edəcəksən? |
|
2936 | 26 | 4 | إن نشأ ننزل عليهم من السماء آية فظلت أعناقهم لها خاضعين |
| | | Biz istəsəydik, göydən onlara elə bir əlamət göndərərdik ki, onun önündə başları itaətkarlıqla əyilərdi. |
|