نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2921 | 25 | 66 | إنها ساءت مستقرا ومقاما |
| | | Doğrudan da, o, nə pis məskən, nə pis yerdir!” |
|
2922 | 25 | 67 | والذين إذا أنفقوا لم يسرفوا ولم يقتروا وكان بين ذلك قواما |
| | | Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar. |
|
2923 | 25 | 68 | والذين لا يدعون مع الله إلها آخر ولا يقتلون النفس التي حرم الله إلا بالحق ولا يزنون ومن يفعل ذلك يلق أثاما |
| | | Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər. Hər kəs bunu (bu işləri) etsə, cəzasını çəkər. |
|
2924 | 25 | 69 | يضاعف له العذاب يوم القيامة ويخلد فيه مهانا |
| | | Qiyamət günü onun əzabı qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi qalar. |
|
2925 | 25 | 70 | إلا من تاب وآمن وعمل عملا صالحا فأولئك يبدل الله سيئاتهم حسنات وكان الله غفورا رحيما |
| | | Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir! |
|
2926 | 25 | 71 | ومن تاب وعمل صالحا فإنه يتوب إلى الله متابا |
| | | Hər kəs tövbə edib yaxşı iş görsə, o, şübhəsiz ki, Allaha tərəf yaxşı bir dönüşlə (Allahın rizasını qazanmış halda) dönər. |
|
2927 | 25 | 72 | والذين لا يشهدون الزور وإذا مروا باللغو مروا كراما |
| | | O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları (lağlağı bir söhbət eşitdikləri) zaman onlardan üz çevirib vüqarla keçər (özünü ləyaqətlə aparıb onlara əhəmiyyət verməz); |
|
2928 | 25 | 73 | والذين إذا ذكروا بآيات ربهم لم يخروا عليها صما وعميانا |
| | | O kəslər ki, Rəbbinin ayələri zikr olunduğu vaxt özünü onlara qarşı kar və kor kimi aparmaz (əksinə, onlara cani-dildən qulaq asar); |
|
2929 | 25 | 74 | والذين يقولون ربنا هب لنا من أزواجنا وذرياتنا قرة أعين واجعلنا للمتقين إماما |
| | | Və o kəslər ki: “Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan (sənə itaət eməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et! – deyərlər. |
|
2930 | 25 | 75 | أولئك يجزون الغرفة بما صبروا ويلقون فيها تحية وسلاما |
| | | Məhz belələri (Allah yolunda bütün çətinliklərə, əziyyətlərə) səbr etdiklərinə görə cənnət guşəsi (Cənnətdəki yüksək məqamlardan biri) ilə mükafatlandırılacaq, orada (mələklər tərəfindən) ehtiramla, salamla qarşılanacaqlar. |
|