نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
291 | 2 | 284 | لله ما في السماوات وما في الأرض وإن تبدوا ما في أنفسكم أو تخفوه يحاسبكم به الله فيغفر لمن يشاء ويعذب من يشاء والله على كل شيء قدير |
| | | Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Siz ürəyinizdə olanı zahirə çıxarsanız da, çıxarmasanız da, Allah ona müvafiq sizinlə haqq-hesab çəkər. (Allah) istədiyini bağışlar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir! |
|
292 | 2 | 285 | آمن الرسول بما أنزل إليه من ربه والمؤمنون كل آمن بالله وملائكته وكتبه ورسله لا نفرق بين أحد من رسله وقالوا سمعنا وأطعنا غفرانك ربنا وإليك المصير |
| | | Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qur’ana) inanmış və mö’minlər də iman gətirmişlər. (Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və (bütün) peyğəmbərlərinə iman gətirərək dedilər: “Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq. (Allahın hökmlərini) eşitdik (anladıq) və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, (axırda) Sənin dərgahına (hüzuruna) qayıdacağıq!” |
|
293 | 2 | 286 | لا يكلف الله نفسا إلا وسعها لها ما كسبت وعليها ما اكتسبت ربنا لا تؤاخذنا إن نسينا أو أخطأنا ربنا ولا تحمل علينا إصرا كما حملته على الذين من قبلنا ربنا ولا تحملنا ما لا طاقة لنا به واعف عنا واغفر لنا وارحمنا أنت مولانا فانصرنا على القوم الكافرين |
| | | Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər). Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. (Mö’minlər deyirlər:) “Ey Rəbbimiz, (bə’zi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən (mövlamızsan). Kafirlərə qələbə çalmaqda bizə kömək et!” |
|
294 | 3 | 1 | بسم الله الرحمن الرحيم الم |
| | | Əlif, Lam, Mim! |
|
295 | 3 | 2 | الله لا إله إلا هو الحي القيوم |
| | | Allahdan başqa heç bir tanrı yoxdur. Əzəli, əbədi varlıq Odur. |
|
296 | 3 | 3 | نزل عليك الكتاب بالحق مصدقا لما بين يديه وأنزل التوراة والإنجيل |
| | | Sənə özündən əvvəlkiləri (səmavi kitabları) təsdiq edən Kitabı (Qur’anı) haqq olaraq O nazil etdi. Tövratı da, İncili də O endirdi. |
|
297 | 3 | 4 | من قبل هدى للناس وأنزل الفرقان إن الذين كفروا بآيات الله لهم عذاب شديد والله عزيز ذو انتقام |
| | | Daha öncə insanları hidayət etmək üçün. Furqanı da O nazil etdi. Allahın ayələrini inkar edənlər şiddətli əzaba düçar olacaqlar. Allah yenilməz qüvvət, intiqam sahibidir! |
|
298 | 3 | 5 | إن الله لا يخفى عليه شيء في الأرض ولا في السماء |
| | | Yerdə və göylərdə heç bir şey Allahdan gizli qalmaz. |
|
299 | 3 | 6 | هو الذي يصوركم في الأرحام كيف يشاء لا إله إلا هو العزيز الحكيم |
| | | Bətnlərdə (anaların bətnində) sizə istədiyi surəti verən Odur! O qüdrət, hikmət sahibindən başqa heç bir tanrı yoxdur! |
|
300 | 3 | 7 | هو الذي أنزل عليك الكتاب منه آيات محكمات هن أم الكتاب وأخر متشابهات فأما الذين في قلوبهم زيغ فيتبعون ما تشابه منه ابتغاء الفتنة وابتغاء تأويله وما يعلم تأويله إلا الله والراسخون في العلم يقولون آمنا به كل من عند ربنا وما يذكر إلا أولو الألباب |
| | | (Ya Rəsulum!) Sənə Kitabı (Qur’anı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi (Qur’anın əslini, əsasını təşkil edən) möhkəm (mə’nası aydın, hökmü bəlli), digər qismi isə mütəşabih (çətin anlaşılan, dəqiq mə’nası bilinməyən, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi mə’na vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki onların yozumunu (həqiqi mə’nasını) Allahdan (yaxud Allahdan və elmdə qüvvətli olanlardan) başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: “Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”, - deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər. |
|