نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2897 | 25 | 42 | إن كاد ليضلنا عن آلهتنا لولا أن صبرنا عليها وسوف يعلمون حين يرون العذاب من أضل سبيلا |
| | | Əgər biz məbudlarımıza tapınmaqda səbirli olmasaydıq, az qala o bizi onlardan uzaqlaşdıracaqdı”. Onlar əzabı gördükləri zaman kimin haqq yoldan daha çox azdığını anlayacaqlar. |
|
2898 | 25 | 43 | أرأيت من اتخذ إلهه هواه أفأنت تكون عليه وكيلا |
| | | Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Sən ona vəkillikmi edəcəksən? |
|
2899 | 25 | 44 | أم تحسب أن أكثرهم يسمعون أو يعقلون إن هم إلا كالأنعام بل هم أضل سبيلا |
| | | Yoxsa elə hesab edirsən ki, onların əksəriyyəti eşidəcək və ya anlayacaq? Onlar heyvan kimidirlər, hətta, haqq yoldan daha çox uzaqlaşmışlar. |
|
2900 | 25 | 45 | ألم تر إلى ربك كيف مد الظل ولو شاء لجعله ساكنا ثم جعلنا الشمس عليه دليلا |
| | | Məgər Rəbbinin kölgəni necə uzatdığını görmürsənmi? Əgər O istəsəydi, onu hərəkətsiz halda saxlayardı. Sonra Biz günəşi onun bələdçisi etdik. |
|
2901 | 25 | 46 | ثم قبضناه إلينا قبضا يسيرا |
| | | Sonra o kölgəni yavaş-yavaş Özümüzə tərəf çəkdik. |
|
2902 | 25 | 47 | وهو الذي جعل لكم الليل لباسا والنوم سباتا وجعل النهار نشورا |
| | | Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də canlanma vaxtı edən Odur. |
|
2903 | 25 | 48 | وهو الذي أرسل الرياح بشرا بين يدي رحمته وأنزلنا من السماء ماء طهورا |
| | | Küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müjdəçi olaraq göndərən Odur. Biz göydən tərtəmiz su endirdik ki, |
|
2904 | 25 | 49 | لنحيي به بلدة ميتا ونسقيه مما خلقنا أنعاما وأناسي كثيرا |
| | | onunla ölü bir diyarı canlandıraq, yaratdığımız neçə-neçə heyvanlara və neçə-neçə insanlara ondan içirdək. |
|
2905 | 25 | 50 | ولقد صرفناه بينهم ليذكروا فأبى أكثر الناس إلا كفورا |
| | | Biz düşünüb ibrət alsınlar deyə o suyu onların arasında paylaşdırdıq. Lakin insanların çoxu küfrdən başqa bir şey qəbul etmədilər. |
|
2906 | 25 | 51 | ولو شئنا لبعثنا في كل قرية نذيرا |
| | | Əgər istəsəydik, hər kəndə qorxudan bir peyğəmbər göndərərdik. |
|