نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2888 | 25 | 33 | ولا يأتونك بمثل إلا جئناك بالحق وأحسن تفسيرا |
| | | Onlar sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, ona cavab olaraq Biz sənə haqqı və ən yaxşı yozumu verməyək. |
|
2889 | 25 | 34 | الذين يحشرون على وجوههم إلى جهنم أولئك شر مكانا وأضل سبيلا |
| | | Üzüstə sürüklənib Cəhənnəmə toplanılacaq kimsələr – məhz onlar yerləri ən pis olan, haqq yoldan ən çox azan kimsələrdir. |
|
2890 | 25 | 35 | ولقد آتينا موسى الكتاب وجعلنا معه أخاه هارون وزيرا |
| | | Həqiqətən, Kitabı Musaya Biz verdik və qardaşı Harunu da ona köməkçi etdik. |
|
2891 | 25 | 36 | فقلنا اذهبا إلى القوم الذين كذبوا بآياتنا فدمرناهم تدميرا |
| | | Onlara: “Ayələrimizi yalan sayan bir tayfanın yanına gedin!”- dedik. Sonra Biz o tayfanı yerli-dibli yox etdik. |
|
2892 | 25 | 37 | وقوم نوح لما كذبوا الرسل أغرقناهم وجعلناهم للناس آية وأعتدنا للظالمين عذابا أليما |
| | | Biz Nuh qövmünü elçiləri yalançı saydıqları zaman suda batırdıq və onları insanlar üçün bir ibrət etdik. Biz zalımlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq. |
|
2893 | 25 | 38 | وعادا وثمود وأصحاب الرس وقرونا بين ذلك كثيرا |
| | | Biz Adı, Səmudu, Rəss əhlini və onların arasında olan bir çox nəsilləri də məhv etdik. |
|
2894 | 25 | 39 | وكلا ضربنا له الأمثال وكلا تبرنا تتبيرا |
| | | Biz onların hamısına misallar çəkdik və onların hamısını büsbütün məhv etdik. |
|
2895 | 25 | 40 | ولقد أتوا على القرية التي أمطرت مطر السوء أفلم يكونوا يرونها بل كانوا لا يرجون نشورا |
| | | Məkkə müşrikləri bəla yağmuru düşüb viran qalmış şəhərin yanından keçmişdilər. Məgər onlar onu görməmişdilər? Xeyr, onlar öldükdən sonra dirilməyə də inanmırlar. |
|
2896 | 25 | 41 | وإذا رأوك إن يتخذونك إلا هزوا أهذا الذي بعث الله رسولا |
| | | Onlar səni gördükdə ancaq sənə lağ edir və deyirlər: “Budurmu Allahın elçi göndərdiyi kəs? |
|
2897 | 25 | 42 | إن كاد ليضلنا عن آلهتنا لولا أن صبرنا عليها وسوف يعلمون حين يرون العذاب من أضل سبيلا |
| | | Əgər biz məbudlarımıza tapınmaqda səbirli olmasaydıq, az qala o bizi onlardan uzaqlaşdıracaqdı”. Onlar əzabı gördükləri zaman kimin haqq yoldan daha çox azdığını anlayacaqlar. |
|