نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2885 | 25 | 30 | وقال الرسول يا رب إن قومي اتخذوا هذا القرآن مهجورا |
| | | Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!”– deyəcək. |
|
2886 | 25 | 31 | وكذلك جعلنا لكل نبي عدوا من المجرمين وكفى بربك هاديا ونصيرا |
| | | Beləcə, Biz hər peyğəmbər üçün günahkarlardan bir düşmən etdik. Doğru yol göstəricisi və yardımçı kimi Rəbbin sənə yetər. |
|
2887 | 25 | 32 | وقال الذين كفروا لولا نزل عليه القرآن جملة واحدة كذلك لنثبت به فؤادك ورتلناه ترتيلا |
| | | Kafirlər dedilər: “Nə üçün Quran ona bir dəfəlik bütöv nazil olmadı?” Biz onu sənin qəlbini möhkəmləndirmək üçün tədricən nazil etdik və onu ən gözəl şəkildə ayəbəayə izah etdik. |
|
2888 | 25 | 33 | ولا يأتونك بمثل إلا جئناك بالحق وأحسن تفسيرا |
| | | Onlar sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, ona cavab olaraq Biz sənə haqqı və ən yaxşı yozumu verməyək. |
|
2889 | 25 | 34 | الذين يحشرون على وجوههم إلى جهنم أولئك شر مكانا وأضل سبيلا |
| | | Üzüstə sürüklənib Cəhənnəmə toplanılacaq kimsələr – məhz onlar yerləri ən pis olan, haqq yoldan ən çox azan kimsələrdir. |
|
2890 | 25 | 35 | ولقد آتينا موسى الكتاب وجعلنا معه أخاه هارون وزيرا |
| | | Həqiqətən, Kitabı Musaya Biz verdik və qardaşı Harunu da ona köməkçi etdik. |
|
2891 | 25 | 36 | فقلنا اذهبا إلى القوم الذين كذبوا بآياتنا فدمرناهم تدميرا |
| | | Onlara: “Ayələrimizi yalan sayan bir tayfanın yanına gedin!”- dedik. Sonra Biz o tayfanı yerli-dibli yox etdik. |
|
2892 | 25 | 37 | وقوم نوح لما كذبوا الرسل أغرقناهم وجعلناهم للناس آية وأعتدنا للظالمين عذابا أليما |
| | | Biz Nuh qövmünü elçiləri yalançı saydıqları zaman suda batırdıq və onları insanlar üçün bir ibrət etdik. Biz zalımlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq. |
|
2893 | 25 | 38 | وعادا وثمود وأصحاب الرس وقرونا بين ذلك كثيرا |
| | | Biz Adı, Səmudu, Rəss əhlini və onların arasında olan bir çox nəsilləri də məhv etdik. |
|
2894 | 25 | 39 | وكلا ضربنا له الأمثال وكلا تبرنا تتبيرا |
| | | Biz onların hamısına misallar çəkdik və onların hamısını büsbütün məhv etdik. |
|