نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2880 | 25 | 25 | ويوم تشقق السماء بالغمام ونزل الملائكة تنزيلا |
| | | Göyün (yeddi qat səmanın yuxarısından enən ağ) buludla parçalanacağı, mələklərin bölük-bölük (yerə) endirələcəyi gün - |
|
2881 | 25 | 26 | الملك يومئذ الحق للرحمن وكان يوما على الكافرين عسيرا |
| | | O gün həqiqi hökmranlıq (mülk) ancaq Rəhmana məxsusdur; o, kafirlər üçün isə çətin bir gün olacaqdır. |
|
2882 | 25 | 27 | ويوم يعض الظالم على يديه يقول يا ليتني اتخذت مع الرسول سبيلا |
| | | O gün zalım (küfrə düşməklə özünə zülm edən peşmançılıqdan) əllərini çeynəyib deyəcəkdir: “Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol turardım; |
|
2883 | 25 | 28 | يا ويلتى ليتني لم أتخذ فلانا خليلا |
| | | Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim; |
|
2884 | 25 | 29 | لقد أضلني عن الذكر بعد إذ جاءني وكان الشيطان للإنسان خذولا |
| | | And olsun ki, Qur’an mənə gəldikdən sonra məni ondan (Qur’ana iman gətirməkdən) o sapdırdı. Şeytan insanı (yoldan çıxartdıqdan, bəlaya saldıqdan sonra) yalqız buraxar (zəlil, rüsvay edər). |
|
2885 | 25 | 30 | وقال الرسول يا رب إن قومي اتخذوا هذا القرآن مهجورا |
| | | Peyğəmbər də “Ey Rəbbim! Həqiqətən, qövmüm bu Qur’anı tərk etmişdi!” – deyəcək. |
|
2886 | 25 | 31 | وكذلك جعلنا لكل نبي عدوا من المجرمين وكفى بربك هاديا ونصيرا |
| | | (Ya Rəsulum! Bu Məkkə müşriklərini sənə düşmən etdiyimiz kimi) eləcə də (səndən əvvəl) hər peyğəmbər üçün günahkarlardan bir düşmən etmişdik. Rəbbinin sənə bir rəhbər, bir mədədkar olması kifayət edər! |
|
2887 | 25 | 32 | وقال الذين كفروا لولا نزل عليه القرآن جملة واحدة كذلك لنثبت به فؤادك ورتلناه ترتيلا |
| | | Kafirlər: “Qur’an ona (Muhəmmədə) bütöv (birdəfəlik) endirilməli idi!” – dedilər. (Ya Rəsulum!) Sənin ürəyinə səbat (qətiyyət) vermək üçün Biz onu ayə-ayə (tədricə) nazil etdik. (Qur’anın az-az endirilib, ağır-ağır oxunması onun əzbərlənməsini və mə’nalarının anlaşılmasını asanlaşdırır). |
|
2888 | 25 | 33 | ولا يأتونك بمثل إلا جئناك بالحق وأحسن تفسيرا |
| | | (Ya Rəsulum! Müşriklər) sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, Biz sənə (onun) doğrusunu və (onların gətirdikləri misallardan) izahatca daha yaxşısını gətirməyək. |
|
2889 | 25 | 34 | الذين يحشرون على وجوههم إلى جهنم أولئك شر مكانا وأضل سبيلا |
| | | Onlar (qiyamət günü) Cəhənnəmə üzüstə sürüklənib gətiriləcək kəslərdir. Onlar ən pis yerdə olan, ən çox yoldan azan kimsələrdir. |
|