نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2878 | 25 | 23 | وقدمنا إلى ما عملوا من عمل فجعلناه هباء منثورا |
| | | Biz onların etdikləri əməllərə baxdıqdan sonra onları sovrulmuş toz dənəciklərinə çevirərik. |
|
2879 | 25 | 24 | أصحاب الجنة يومئذ خير مستقرا وأحسن مقيلا |
| | | Həmin gün Cənnət sakinlərinin qalacağı yer daha lətafətli və istirahət edəcəyi yer daha gözəl olacaqdır. |
|
2880 | 25 | 25 | ويوم تشقق السماء بالغمام ونزل الملائكة تنزيلا |
| | | Həmin gün göy buludla parçalanacaq və mələklər yerə endiriləcəkdir. |
|
2881 | 25 | 26 | الملك يومئذ الحق للرحمن وكان يوما على الكافرين عسيرا |
| | | Həmin gün gerçək hökm vermək ancaq Mərhəmətli Allaha məxsusdur. O, kafirlər üçün çətin bir gün olacaqdır. |
|
2882 | 25 | 27 | ويوم يعض الظالم على يديه يقول يا ليتني اتخذت مع الرسول سبيلا |
| | | Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim! |
|
2883 | 25 | 28 | يا ويلتى ليتني لم أتخذ فلانا خليلا |
| | | Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım! |
|
2884 | 25 | 29 | لقد أضلني عن الذكر بعد إذ جاءني وكان الشيطان للإنسان خذولا |
| | | Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır. |
|
2885 | 25 | 30 | وقال الرسول يا رب إن قومي اتخذوا هذا القرآن مهجورا |
| | | Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!”– deyəcək. |
|
2886 | 25 | 31 | وكذلك جعلنا لكل نبي عدوا من المجرمين وكفى بربك هاديا ونصيرا |
| | | Beləcə, Biz hər peyğəmbər üçün günahkarlardan bir düşmən etdik. Doğru yol göstəricisi və yardımçı kimi Rəbbin sənə yetər. |
|
2887 | 25 | 32 | وقال الذين كفروا لولا نزل عليه القرآن جملة واحدة كذلك لنثبت به فؤادك ورتلناه ترتيلا |
| | | Kafirlər dedilər: “Nə üçün Quran ona bir dəfəlik bütöv nazil olmadı?” Biz onu sənin qəlbini möhkəmləndirmək üçün tədricən nazil etdik və onu ən gözəl şəkildə ayəbəayə izah etdik. |
|