نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2861 | 25 | 6 | قل أنزله الذي يعلم السر في السماوات والأرض إنه كان غفورا رحيما |
| | | (Ya Rəsulum!) De: “Onu (Qur’anı) göylərin və yerin sirrini bilən (Allah) nazil etmişdir. Həqiqətən, O, (mö’minləri) bağışlayandır, rəhm edəndir!” |
|
2862 | 25 | 7 | وقالوا مال هذا الرسول يأكل الطعام ويمشي في الأسواق لولا أنزل إليه ملك فيكون معه نذيرا |
| | | (Müşriklər) dedilər: “Bu necə peyğəmbərdir ki, yemək yeyir, bazarları gəzib dolaşır? Məgər ona özü ilə birlikdə (insanları Allahın əzabı ilə) qorxudan (və onun həqiqi peyğəmbər olduğunu təsdiq edən) bir mələk göndərilməli deyilmi? |
|
2863 | 25 | 8 | أو يلقى إليه كنز أو تكون له جنة يأكل منها وقال الظالمون إن تتبعون إلا رجلا مسحورا |
| | | Yaxud ona (ruzi qazanmaqdan ötrü bazarları dolaşmasın deyə göydən) bir xəzinə endirməli və ya ondan (onun meyvəsindən) yeyib dolanmaq üçün bir bağı olmalı deyildimi?” Zalımlar (müşriklər mö’minlərə) dedilər: “Siz ancaq ovsunlanmış (buna görə də ağlını itirmiş) bir adama tabe olursunuz!” |
|
2864 | 25 | 9 | انظر كيف ضربوا لك الأمثال فضلوا فلا يستطيعون سبيلا |
| | | (Ya Rəsulum!) Bir gör sənin barəndə necə məsəllər çəkdilər! (Səni divanəyə bənzətdilər, peyğəmbərliyinin həqiqi olduduğunu təsdiq etmək üçün göydən mələk endirilməsini tələb etdilər!) Artıq (doğru yoldan) azdılar və bir daha (haqqa) yol tapa bilməzlər! |
|
2865 | 25 | 10 | تبارك الذي إن شاء جعل لك خيرا من ذلك جنات تجري من تحتها الأنهار ويجعل لك قصورا |
| | | (Ya Rəsulum!) Əgər istəsə, sənə ondan (müşriklərin dediklərindən) daha yaxşısını – (ağacları) altından çaylar axan cənnətlər verə bilən, sənin üçün qəsrlər yarada bilən Allah nə qədər (uca, nə qədər) uludur! |
|
2866 | 25 | 11 | بل كذبوا بالساعة وأعتدنا لمن كذب بالساعة سعيرا |
| | | Lakin onlar (təkcə səni deyil) o saatı da (qiyaməti də) yalan saydılar. Biz də o saatı (qiyaməti) yalan hesab edənlər üçün (Cəhənnəmdə) şiddətli bir atəş hazırladıq. |
|
2867 | 25 | 12 | إذا رأتهم من مكان بعيد سمعوا لها تغيظا وزفيرا |
| | | O (atəş) onları uzaqdan görüncə (kafirlər) onun qəzəblə qaynamasını və uğultusunu eşidərlər. |
|
2868 | 25 | 13 | وإذا ألقوا منها مكانا ضيقا مقرنين دعوا هنالك ثبورا |
| | | Onlar əlləri boyunlarına bağlı vəziyyətdə o atəşdən dar bir yerə atıldıqları zaman (Dünyada Allaha asi olduqlarına görə özlərinə bəd dua edib) ölüm diləyərlər. |
|
2869 | 25 | 14 | لا تدعوا اليوم ثبورا واحدا وادعوا ثبورا كثيرا |
| | | (Onlara istehza ilə deyilər:) “Bu gün özünüzə bir ölüm diləməyin, çox ölüm diləyin!” (Belə bir gündə bir dəfə vaveyla deməkdən, bir dəfə özünə ölüm istəməkdən heç nə çıxmaz. Allahın əzabı intəhasız və dəhşətli olduğu üçün dəfələrlə vaveyla deyib, dəfələrlə özünüzə ölüm diləməlisiniz!) |
|
2870 | 25 | 15 | قل أذلك خير أم جنة الخلد التي وعد المتقون كانت لهم جزاء ومصيرا |
| | | (Ya Rəsulum!) Onlara de: “Bu (cəhənnəm odu) yaxşıdır, yoxsa Allahdan qorxub pis əməllərdən çəkinənlərə bir mükafat və sığınacaq olaraq və’d edilən Xüld cənnəti?” |
|